• $
  • €
  • ₽
  • ₺
  • £

Söyüdlü sakinlərinin müraciətlərinin çatdırılması üçün icma yaradılması təklif olunub

Söyüdlü sakinlərinin müraciətlərinin çatdırılması üçün icma yaradılması təklif olunub
28.09.2023 20:07

Gədəbəyin Söyüdlü sakinlərinin müraciət və təkliflərinin çatdırılması üçün icmanın yaradılması təklif olunub.

"Report"un Söyüdlü kəndinə ezam olunmuş müxbiri xəbər verir ki, bu təklifi "Səma və Eko" Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Hüseynova kəndin tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə yaradılmış Komissiyanın sədri Muxtar Babayevin və üzvlərin Söyüdlü sakinləri ilə görüşündə səsləndirilib.

Təklifə əsasən Söyüdlü sakinlərindən ibarət icma kənd camaatının təkliflərini və müraciətlərini Ekologiya və Təbii Sərvətlər Nazirliyinin onlar üçün təyin etdiyi əlaqələndirici şəxs Surxay Nəzərova və yerli icra hakimiyyətinin nümayəndələrinə göndərməklə "Anglo Asian Mining" şirkəti ilə əlaqə yarada bilərlər. Təklif şirkətin baş direktoru Reza Vəziri tərəfindən də müsbət qarşılanıb və bu icmanın yaradılmasının vacibliyi qeyd olunub.

Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan "Anglo Asian Mining Plc." şirkəti iyulun 31-dən Gədəbəydə filiz hasilatı və emalı obyektlərinin fəaliyyəti onların tam ekoloji inspeksiyasının keçirilməsi üçün dayandırılıb.

Hazırda "Anglo Asian Mining” "Gədəbəy” və "Qoşa” müqavilə sahələrindən qiymətli metal hasil edir. "Gədəbəy” yatağından ilk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına 2010-cu ildə başlanılıb. Şirkət 2013-cü ilin sentyabr ayında "Qoşa” müqavilə sahəsinin işlənməsinə başlayıb. Bu il "Vejnəli” və "Gilar” yataqlarından hasilata başlanılması planlaşdırılır.

Production Sharing Agreement (PSA) tipli müqavilə 1997-ci il avqust ayının 21-də imzalanmışdı və 6 yatağın işlənməsini nəzərdə tuturdu. Müqavilədə Azərbaycanın payı 51 %, "Anglo Asian Mining PLC” şirkətinin payı 49 % təşkil edir. Hazırda şirkət Azərbaycanda 8 müqavilə sahəsini işləmək hüququna malikdir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol