• $
  • €
  • ₽
  • ₺
  • £

Xaricdə yaşayan azərbaycanlı gənclər tərəfindən 27 Sentyabr - Anım Günü ilə bağlı silsilə tədbirlər keçirilib

Xaricdə yaşayan azərbaycanlı gənclər tərəfindən 27 Sentyabr - Anım Günü ilə bağlı silsilə tədbirlər keçirilib
28.09.2023 16:49
Azərbaycan  Respublikası Gənclər Fondunun dəstəyi və Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) təşkilatçılığı ilə 27 Sentyabr - Anım Günü ilə əlaqədar Gürcüstan, Avstriya və Macarıstanda silsilə tədbirlər keçirilib.

Tədbirlərdə 44 gün davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, xalq-ordu birliyinin möhtəşəm qələbə ilə başa çatmasının hər bir Azərbaycan vətəndaşının qəlbində böyük qürur və iftixar hissi yaratdığından, 24 saat ərzində Qarabağ iqtisadi rayonu ərazisində keçirilən antiterror əməliyyatı zamanı qazandığımız uğurdan, Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan igidlərin qəhrəmanlıqlarından bəhs edilərək, 30 ildən bəri işğal altında olan şəhər və kəndlərimizin azad olunmasının, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsinin, məcburi köçkünlərin köçkünlük həyatının sona çatması və doğma yurdlarına qayıtmaq imkanlarının yaradılmasının müasir tariximizin ən möhtəşəm hadisəsi olduğu vurğulanıb.

Gürcüstanın paytaxtı Tblisi şəhərində ASAP Gürcüstan nümayəndəliyinin və Alyans Gənclər Mərkəzinin birgə təşkilatçılığı ilə anım tədbiri keçirilib. Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  Tədbirdə  Vətən müharibəsinə həsr olunmuş videoçarx nümayiş olunub. Daha sonra  ölkəmizin Gürcüstanda olan səfirliyinin nümayəndələrinin və tarixçi alimlərin çıxışları dinlənilib.  

ASAP Avstriya nümayəndəliyinin üzvləri isə Vyana şəhərində Azərbaycan Respublikasının Avstriyadakı səfirliyinin qarşısında bir araya gələrək Vətən müharibəsi şəhidlərinin xatirəsini ehtiramla anıblar. Toplaşma zamanı azərbaycanlı gənclər İkinci Qarabağ müharibəsinin şəhidlərini yad etmək məqsədi ilə gül qoyub və şam yandırıblar. 
Macarıstanın Budapeşt şəhərində ASAP Macarıstan nümayəndəliyi üzvləri, azərbaycanlı tələbə və məzunlar Azərbaycan Respublikasının Macarıstandakı səfirliyində şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Azərbaycanlı tələbələr Budapeştdə yerləşən səfirlikdə toplaşaraq Vətən müharibəsində həlak olmuş şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş guşəyə gül düzüblər. Tədbir iştirakçılarına Vətən müharibəsindəki şanlı qələbəmiz və antiterror əməliyyatları zamanı ordumuz tərəfindən qazanılmış uğurlu naliyyətlərimizlə bağlı məlumat verilib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol