• $
  • €
  • ₽
  • ₺
  • £

Qarabağ ermənilərinin hüquqları qorunacaq - Azərbaycan Prezidenti

Qarabağ ermənilərinin hüquqları qorunacaq - Azərbaycan Prezidenti
29.09.2023 16:48
Qarabağda yaşayan erməni əhalisinin hüquqları və təhlükəsizliyi təmin ediləcək. Bunu Azərbaycan Prezident İlham Əliyev deyib. 
 
O bildirib ki, Azərbaycan artıq reinteqrasiya ilə bağlı öz baxışını təqdim edib.

"Biz rəsmi şəkildə bildiririk ki, Qarabağın erməni əhalisinin hüquqları və təhlükəsizliyi qorunacaq. Artıq Qarabağın erməni icmasına onların dini, təhsil, mədəni, bələdiyyə və bütün digər hüquqlarına hörməti əhatə edən reinteqrasiya baxışımızı təqdim etmişik. Azərbaycanın Konstitusiyasına və beynəlxalq öhdəliklərinə uyğun olaraq imzaladığı beynəlxalq konvensiyalarda öz əksini tapıb”, - Azərbaycan lideri Zəngilanda açılan II Milli Şəhərsalma Forumunda çıxışı zamanı bildirib.
 
Sentyabrın 23-də Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polis polkovnik-leytenantı Elşad Hacıyev jurnalistlərə açıqlamasında Qarabağda yaşayan erməni əsilli sakinlərin Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq vətəndaşlıq məsələlərinə baxılması, onların pasportlaşdırılması, şəxsiyyət vəsiqələri ilə təmin edilməsi işinin diqqətdə saxlandığını deyib.
 
Azərbaycan tərəfi reinteqrasiya ilə bağlı rəsmi saytı yaradıb. Qarabağda yaşayan ermənilər qeydiyyatdan keçməklə reinteqrasiya üçün müraciət edə biləcəklər. 

Sentyabrın 19-da Qarabağda yerli antiterror tədbirlərinə başlanılıb və Rəsmi Bakı erməni hərbçilərinin bölgədən çıxarılmasını tələb edib. İrəvan Qarabağda erməni silahlı qüvvələrinin olmadığını bəyan edib və baş verənləri "genişmiqyaslı təcavüz” adlandırıb. Sentyabrın 20-də Azərbaycan Müdafiə Nazirliyi Rusiyanın sülhməramlı kontingentinin iştirakı ilə Qarabağda antiterror tədbirlərinin dayandırılması ilə bağlı razılığın əldə olunduğunu açıqlayıb. 
 
Qondarma rejim yanvarın 1-dən özünü buraxması ilə bağlı qərar qəbul edib. 
 
Gülnar Nazimqızı 



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol