Pakistanda partlayış olub- 57 ölü, 140 yaralı - VİDEO

Pakistanın Mastunq şəhərində məscidin yaxınlığında partlayış nəticəsində 57 nəfər ölüb. Bu barədə Pakistan mətbuatı məlumat yayıb
Bildirilir ki, partlayış nəticəsində ölənlərdən 2-si polis əməkdaşları olub, 140-dan çox adam yaralanıb.
Ölkə rəsmiləri partlayışın terrorçu-kamikadze tərəfindən törədildiyini güman edir. Lakin hələlik hadisənin səbəbləri və motivi müəyyən edilməyib.
Ölənlərin sayının artacağı istisna edilmir.
Partlayış Mastunq şəhərində insanların Peyğəmbərin mövlud gününü qeyd etmək üçün toplaşdığı məscidin yaxınlığında baş verib.
Partlayış Mastunq şəhərində insanların Peyğəmbərin mövlud gününü qeyd etmək üçün toplaşdığı məscidin yaxınlığında baş verib.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























