Xaricdə doktorantura təhsilinə dair sənəd qəbulunun müddəti uzadılıb

Daxil olan müraciətləri nəzərə alaraq, xaricdə doktorantura təhsili ilə bağlı elan edilmiş 2023-cü il üçün həyata keçirilən son sənəd qəbulunun müddəti uzadılıb.
Bu barədə Elm və Təhsil Nazirliyindən xəbər verilib.
"2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsi ilə bağlı elan edilmiş sənəd qəbulunun müddəti 10 oktyabr saat 23:59-dək artırılıb.
Proqrama müraciət üçün tələb olunan sənədlərin siyahısı, elana dair ətraflı məlumat və qeydiyyat linki müvafiq keçidlərdən əldə oluna bilər.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























