Bakı-Qazax yolunda sərnişin daşıyan mikroavrobus aşıb, 7 nəfər xəsarət alıb

Bakı-Qazax magistralının Yevlax rayon ərazisindən keçən hissəsində 7 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"Report"un Qərb bürosunun məlumatına görə, sərnişin daşıyan "Mersedes Vito” markalı mikroavtobus hərəkətdə olan zaman öncə "QAZel" markalı kiçik tutumlu yük maşınına çırpılıb, daha sonra idarəetmədən çıxaraq yol kənarına aşıb.
Nəticədə mikroavtobusda olan 7 nəfər xəsarət alıb.
Onlar xəstəxanaya yerləşdiriliblər. İkisinin vəziyyəti ağır, digərlərinin isə orta-ağır və kafi qiymətləndirilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























