• $
  • €
  • ₽
  • ₺
  • £

Dəllər dəmiryol stansiyasında sərnişindaşıma bərpa edilib

Dəllər dəmiryol stansiyasında sərnişindaşıma bərpa edilib
01.10.2023 14:39

"Azərbaycan Dəmir Yolları” QSC ölkədaxili sərnişindaşımanın daha da genişləndirilməsi və sərnişin məmnunluğunun təmin edilməsi məqsədilə 1 oktyabr 2023-cü il tarixindən etibarən Bakı-Ağstafa-Bakı marşrutu üzrə Şəmkir rayonunun Dəllər stansiyasına dayanacağın verilməsini həyata keçirir.
 
QSC-dən bildirilib ki, bununla da Şəmkir rayonu daxil olmaqla Gədəbəy və qonşu rayonların sakinləri də ADY-nin müasir "Stadler” qatarlarından istifadə etməklə səfərlərini rahat və təhlükəsiz təşkil edə biləcəklər.

Vaxtilə ölkədaxili sərnişindaşımada yataq tipli vaqonlardan ibarət sərnişin qatarları fəaliyyət göstərdiyi zaman Dəllər stansiyasında da həmin növ qatarlara dayanacaq verilirdi. Hazırda Bakı-Ağstafa-Bakı marşrutu üzrə "Stadler Rail Group” şirkətinin istehsalı olan sürətli qatarlar hərəkət edir və həmin qatarların standartlarına uyğun hündür sərnişin platformaları bütün stansiyalarda mövcud deyil. Sərnişinlərin tələbatının qarşılanması məqsədilə hündür sərnişin platformasının olmadığı sözügedən stansiyada sürətli sərnişin qatarlarına dayanacağın verilməsi məqsədilə zəruri tədbirlər görülüb.

"Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişindaşıma xidmətinin rəisi Təranə Bədəlova Dəllər stansiyasına dayanacağın verilməsinin sərnişin məmnunluğunun artmasına müsbət təsirini qeyd edərək bildirib ki, qərb zonasında yaşayan yüzlərlə sakin gündəlik olaraq sürətli qatarların xidmətindən istifadə etmiş olacaq: "Sərnişindaşıma xidmətinin Dəllər stansiyasında da bərpa olunması üçün tərəfimizdən dəmir yolu infrastrukturunda müvafiq təmir-bərpa işləri aparılıb, platformada sərnişinlərin ‘’Stadler’’ qatarına rahat minib-düşmələri üçün xüsusi konstruksiyalı mobil pilləkənlər quraşdırılıb. Bu stansiyaya dayanacağın verilməsi Şəmkir və Gədəbəy ilə yanaşı qonşu rayonların sakinlərinə də qatarlarımızla rahat səfər üçün geniş imkanlar yaradır”.

İlkin hesablamalara əsasən müvafiq marşrutun bərpa olunması Şəmkir-Gədəbəy rayonlarından illik təxminən 40 minə yaxın sakinin sürətli sərnişin qatarlarından istifadəsini təmin edəcək.

Ölkədaxili sərnişindaşımada böyük paya malik Dəllər stansiyasından COVID-19 pandemiyasından öncə 2019-cu il ərzində ümumilikdə 30 minə yaxın sərnişin Bakıya və əks istiqamətə səfər edib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol