Rəhbər vəzifələrdə çalışan qadın prokurorların sayı açıqlanıb

Prokurorluq orqanlarında çalışan qadınlar prokurorluq işçilərinin 8,5 faizini təşkil edir. Bu barədə Azərbaycanın Baş prokuroru Kamran Əliyev AZƏRTAC-a müsahibəsində məlumat verib.
O bildirib ki, qadın prokurorluq əməkdaşlarından 8-i rəhbər vəzifələrdə çalışır
"Onlardan 1 nəfər idarə rəisi, 2 nəfər rayon prokuroru, 3 nəfər idarə rəisinin müavini, 1 nəfər rayon prokurorunun müavini, 1 nəfər şöbə rəisi vəzifəsində işləyir”,- o əlavə edib.
Azərbaycan prokurorluğunda hazırda 470 qadın əməkdaş çalışır.
2021-ci ildə prokurorluq orqanlarında çalışan qadınların sayı 93 nəfər olub, ötən illə müqayisədə isə 24 faiz artıb.
Son 20 ildə isə prokurorluq orqanlarına müsabiqə yolu ilə ümumilikdə 1151 nəfər işə qəbul edilib.
Aytac Zeynalova
Son 20 ildə isə prokurorluq orqanlarına müsabiqə yolu ilə ümumilikdə 1151 nəfər işə qəbul edilib.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























