Regionalarda ipoteka kreditləri əlçatan olmalıdır - Siyavuş Novruzov

Bölgələrdə
gənclər üçün ipoteka kreditləri əl çatan olmalıdır. Bunu deputat Siyavuş
Novruzov deyib.
"Biz
gəncləri regionlarda qalıb işləməsi ilə bağlı fikirlər irəli sürürük. Amma
ipoteka kreditlərinə baxanda görürük şərtlər Bakı ilə eynidir. Təklif edirəm bu
istiqamətdə dəyişiliklər olmalıdır. Regionalarda gənclər üçün ipoteka kreditlərini daha əlçatan etmək lazımdır", - deputat oktyabrın 2-də keçirilən Milli Məclin plenar iclası zamanı çıxışında bildirib.
Deputat təklif edib ki, qarşıda gələn seçkilərlə bağlı da qanunda dəyişiliklər olsun.
""Siyasi partiyalar haqda" qanun qəbul etdik. Seçki ilə bağlı qanunda əhəmiyyətini itirən bəndlər var. Hesab edirəm həmin bəndləri yeniləmək vaxtdırı", - Novruzov söyləyib.
Millət vəkili Payız sessiyasında "Ali Təhsil haqda" qanunun qəbul olunmasının da çox vacib olduğunu açıqlayıb.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























