• $
  • €
  • ₽
  • ₺
  • £

Müşfiqabad məscidinin yeni imamından Suriyaya gedənlərlə bağlı açıqlama

Müşfiqabad məscidinin yeni imamından Suriyaya gedənlərlə bağlı açıqlama
05.03.2014 18:36
“Məsciddə bizə qədər başqa niyyətli insanların toplaşması, Suriyaya döyüşə göndərilmə hallarının olması ilə bağlı bizdə də məlumat var”. Bunu APA-ya açıqlamasında Müşfiqabad məscidinə yeni təyin olunan imam Şaiq Əliyev bildirib. O qeyd edib ki, məsciddə fəaliyyətlərinin məqsədi dövlətçiliyin keşiyində durmaq, bura toplaşanların dövlətçiliyi dərk etməsi, normal ibadətlərini davam etdirməsi olacaq: “İndiyə qədər məsciddən “Cihad” adı altında Suriyaya insanların göndərilməsi ilə bağlı bizdə də məlumat var, bilirik. Bütün hallarda artıq hər şey bizim nəzarətimiz altındadır və ən azı indən belə bu hal olmayacaq. İndiyə kimi olan hallarla bağlı, keçmiş imam Mübariz Qaçayev və onun ətrafında olanlarla bağlı iddialar varsa, təbii ki, müvafiq qurumlar tərəfindən araşdırma aparılmalıdır və aparılır. Biz bu məsələdə müşahidə apara bilərik, yalnız işimizi görə bilirik. Amma istər yeni təyinatdan sonra təhvil-təslimdə, istərsə indiyə qədər olan camaat namazlarında Mübariz Qaçayev can-başla bizə dəstək oldu, bizimlə birgə namazlarını qılıb, ibadətini etdi”. Məscidin yeni imamı bildirib ki, hazırda məscidə bütün təriqətə mənsub olan müsəlmanlar gəlirlər: “Məscid hər kəsin üzünə açıqdır. Bura “vəhhabi” deyilənlər də, özünü “xəvvarici”, “sələfi” adlandıranlardan da gəlirlər. Lakin istər xaricə cihad adı altında getmək üçün insanları təhrik etmək, istərsə də digər başqa niyyətdə olanlar artıq yeni təyinatdan sonra məscidə gəlmirlər. Bizə qədər bura olduqca müxtəlif məqsədli insanlar gəlirmiş, toplaşırmışlar. İndi onlar məscidin başqa niyyətlərin baş tutmaması üçün nəzarət altında olduğunu hiss edirlər, bura gəlmirlər. Onlar artıq özlərini məscidə, bizə yad hesab edirlər”. Qeyd edək ki, məsciddə fəaliyyət göstərmiş keçmiş icma və keçmiş imam Mübariz Qaçayev azərbaycanlıların Suriyaya döyüşlərə göndərilməsinin təşkilində də ittiham olunur. Bu iddialardan sonra burada fəaliyyət göstərən icmanın fəaliyyəti dayandırılıb, imamı istefa verib. Bundan sonra Müşfiqabad qəsəbə məscidində yeni dini icma yaradılıb və dövlət qeydiyyatına alınıb. Qafqaz Müsəlmanları İdarəsi tərəfindən məscidə yeni imam təyin edilib. ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol