STM Qarabağdakı antiterror əməliyyatları ilə bağlı sorğu keçirib

Sosial Tədqiqatlar Mərkəzinin sorğu nəticələrinə görə, respondentlərin 78.3%-i antiterror tədbirləri nəticəsində Qarabağdakı erməni silahlı qüvvələrinin təslim və tərksilah edildiyi mövqeyini açıqlayıb. Bu barədə qurumun açıqladığı son sorğu nəticələrində qeyd olunub.
"Sorğuda iştirak edənlərin 75.8%-i antiterror tədbirlərinin tam gözlədiyi kimi, 16.6%-i əsasən gözlədiyi kimi yekunlaşdığını ifadə edib. Respondentlərin ümumilikdə 4.8%-i hərbi əməliyyatların öz nəticələri baxımından gözləntilərini doğrultmadığını bildirib. Onların 2.8%-i bu barədə fikir bildirməkdə çətinlik çəkib.
Sorğular telefonla müsahibə formasında keçirilib və 18 yaşından yuxarı 385 respondent iştirak edib", - məlumatda deyilir.
Sentyabrın 19-da Qarabağda yerli antiterror tədbirlərinə başlanılıb və Rəsmi Bakı erməni hərbçilərinin bölgədən çıxarılmasını tələb edib. İrəvan Qarabağda erməni silahlı qüvvələrinin olmadığını bəyan edib və baş verənləri "genişmiqyaslı təcavüz” adlandırıb. Sentyabrın 20-də Azərbaycan Müdafiə Nazirliyi Rusiyanın sülhməramlı kontingentinin iştirakı ilə Qarabağda antiterror tədbirlərinin dayandırılması ilə bağlı razılığın əldə olunduğunu açıqlayıb.
Qondarma rejim yanvarın 1-dən özünü buraxması ilə bağlı qərar qəbul edib.
Qondarma rejim yanvarın 1-dən özünü buraxması ilə bağlı qərar qəbul edib.
Aygün Mirakif
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























