Azad edilmiş ərazilərdə ötən ay 689 mina aşkarlanıb

2023-cü ilin sentyabrında işğaldan azad edilmiş ərazilərdə 689 mina aşkarlanıb. Bu barədə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.
Bildirilib ki, sentyabrın 1-dən 30-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 242, tank əleyhinə 447 mina və 909 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Bundan əlavə, 4 550,1 ha ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
İkinci Qarabağ müharibəsinin başa çatdığı 2020-ci il noyabrın 10-dan indiyədək mina partlayışları nəticəsində işğaldan azad edilmiş ərazilərdə 200-ə yaxın Azərbaycan hərbçisi və mülki şəxs həlak olub və yaralanıb.
Bu ilin martın 17-də baş nazir Əli Əsədov Milli Məclisdə hökumətin hesabatında çıxışında bildirib ki, hazırda Qarabağda minaların təmizlənməsinə 4 özəl şirkət də cəlb olunub. Bundan əlavə, ANAMA ilə birgə Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti də ərazilərin təmizlənməsində iştirak edir.

Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib