• $
  • €
  • ₽
  • ₺
  • £

Qarabağda yaşayan erməni sakinlərin miqrasiya və sosial məsələlərlə bağlı müraciətləri dinlənilib

Qarabağda yaşayan erməni sakinlərin miqrasiya və sosial məsələlərlə bağlı müraciətləri dinlənilib
02.10.2023 20:24
Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan cəmiyyətinə dayanıqlı reinteqrasiyasının təmin olunması və Azərbaycan dövlətinin himayəsindən istifadə etmələrinə imkan yaradılması məqsədilə Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli üzrə İşçi qrupa verilən müvafiq tapşırıqlar çərçivəsində Dövlət Miqrasiya Xidmətinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Qarabağ iqtisadi rayonunda fəaliyyəti davam etdirirlər.

Hər iki qurumun mətbuat xidmətlərindən daxil olan məlumatda bildirilib ki, reinteqrasiya prosesinə qoşulmaq məqsədilə ilkin qeydiyyata alınmaq üçün Xankəndi şəhərində yerləşən qəbul şöbəsinə 5, bölgədə keçirilmiş səyyar qəbul zamanı isə 2 sakin könüllü şəkildə Dövlət Miqrasiya Xidmətinə müraciət edib. Həmin 7 sakinin ilkin qeydiyyata dair müraciətləri qəbul edilib və onlara müraciətlərinin icrası barədə əlavə məlumat veriləcəyi bildirilib.
 
Müraciət edənlərin hər biri Qarabağ iqtisadi rayonunda yaşamaq və Azərbaycan Respublikası vətəndaşlığını əldə edərək Azərbaycan dövlətinin himayəsindən istifadə etmək istədiklərini bildiriblər. Bundan başqa, səyyar qəbul zamanı digər sakinlərlə hüquqi maarifləndirmə işi aparılıb, onlara reinteqrasiya prosesi barədə məlumat verilib.

Həmçinin humanitar vəziyyətlə əlaqədar cari ehtiyacların müəyyən edilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sakinlərlə ilkin sosial-psixoloji, sosial xidmətlərə, reabilitasiya xidmətlərinə dair qiymətləndirmə aparılıb, onların ehtiyacları müəyyənləşdirilib. Qiymətləndirmə zamanı sosial-psixoloji maarifləndirmə işi aparılıb, əlillik və reabilitasiya xidmətlərinə dair məsləhətlər verilib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol