• $
  • €
  • ₽
  • ₺
  • £

İcbari tibbi sığorta ilə bağlı yenilik

İcbari tibbi sığorta ilə bağlı yenilik
05.03.2014 17:56
"İcbari tibbi sığorta haqqında" qanunun monitorinqini həyata keçirmək üçün Milli Məclisdə xüsusi qrup yaradılacaq. Daha sonra tibb sahəsində çalışan mütəxəssislərin iştirakı ilə parlamentdə icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar geniş dinləmələr keçiriləcək. Milli Məclisin Sosial siyasət komitəsinin bu gün keçirilən iclasında bununla bağlı qərar qəbul edilib.Komitənin sədri Hadı Rəcəbli qeyd edib ki, son zamanlar Azərbaycanda icbari tibbi sığortanın tətbiqi istiqamətində müəyyən canlanma hiss olunur ki, bu da təqdirəlayiqdir: "Əvvəllər hökumətdə bu məsələyə səhlənkar yanaşırdılar. Lakin keçmiş həmkarımız Əli Əhmədov Nazirlər Kabinetinə gedəndən sonra bu sahədə canlanma var. Ümid edirəm ki, icbari tibbi sığortanın tətbiqi sahəsində ciddi irəliləyiş olacaq".Onun sözlərinə görə, Azərbaycanda tibbii sığorta ilə bağlı bəzi məsələlər Nazirlər Kabinetinə həvalə edilib. Halbuki bir çox ölkələrdə həmin məsələlər qanunlarla təsbit edilir.Deputat, Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov isə qeyd edib ki, Azərbaycanda müalicə və diaqnostikaya ehtiyacı olan insanların çoxdan gözlədiyi icbari tibbi sığortanın tətbiqi sahəsində artıq addımlar atılmağa başlanıb: "Əminəm ki, 2015-ci ildə biz artıq bunun tətbiqinin şahidi olacağıq. Hesab edirəm ki, Milli Məclis olaraq biz də Nazirlər Kaibnetinə yaxından yardım etməliyik".Millət vəkili Musa Quliyev bildirib ki, icbari tibbi sığorta ölkədə aparılan islahatların ən çətini və mürəkkəbidir. Azərbaycanda olan 9 milyon 400 min nəfər insanın hamısının bu məsələdə marağı var. Ona görə də bu sahədə mövcud qanunvericiliyə də düzəlişlər edilməlidir: "İcbari tibbi sığorta haqqında" qanun təxminən 15 il bundan əvvəl qəbul olunub. O vaxtkı tələblərlə indiki tələblər eyni deyil. Ona görə də qanunun monitorinqi keçirilməli, ona lazımi əlavə və düzəlişlər edilməli, tibb sahəsinin işçilərinin iştirakı ilə dinləmələr keçirilməlidir".Komitənin digər üzvü İlham Məmmədov deyib ki, artıq ölkədəki sığorta fondları üçün konkret vəzifələr müəyyənləşdirilməli, bütün tibbi sığorta haqlarının vahid formada aparılması üzrə Avropa modelinin Azərbaycanda tətbiqi mexanizmi yaradılmalıdır: "Bu mexanizmin işə düşməsi üçün isə əvvəlcə xəstəliklərin paketi müəyyənləşdirilməlidir. Bu paketə Azərbaycan üçün xarakterik olan xəstəliklərin adları daxil edilməlidir".//Trend
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol