• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell “Tələbə Təqaüdü Proqramı 2024” üçün qeydiyyatı açıq elan edir!

Azercell “Tələbə Təqaüdü Proqramı 2024” üçün qeydiyyatı açıq elan edir!
02.10.2023 12:43
Lider mobil operatorun  "Tələbə Təqaüdü Proqramı”na seçilmiş tələbələri aylıq 300 azn məbləğində təqaüd gözləyir


Azercell müvəffəqiyyətlə təhsil alan və akademik fərq nümayiş etdirən tələbələri təhsilə daha çox həvəsləndirmək, yüksək potensiala malik gənclərin gələcək mütəxəssis kimi  formalaşmasına dəstək olmaq məqsədilə növbəti "Tələbə Təqaüdü Proqramı”na start verir. 


Şirkət "Tələbə Təqaüdü Proqramı 2024”ə seçilmiş 10 tələbəyə aylıq 300 azn məbləğində təqaüd təqdim edəcək. 


İnformasiya Texnologiyaları, Kibertəhlükəsizlik, Biznes Analitikası, Data Elmi, Marketinq sahələri üzrə Azərbaycan Respublikasının müxtəlif ali təhsil müəssisələrində bakalavr təhsili alan sonuncu 2 kursun tələbələri bu proqrama müraciət edə bilərlər. Namizədlərin son 2 kurs qiymətləri A və ya B (5 və ya 4) olmalıdır. 


Azercell-in "Tələbə Təqaüdü Proqramı”na müraciət etmək üçün şirkətin rəsmi veb səhifəsində (www.azercell.jobs) müvafiq linkə keçid almaq lazımdır. Seçim mərhələlərinin gedişi və nəticəsi haqqında məlumat namizədlərin elektron poçtuna göndəriləcək. Ərizələr 01.10.2023-dən 31.10.2023 tarixinədək və yalnız onlayn formatda qəbul ediləcək.
Əlavə məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz. 


Qeyd edək ki, Azercell əməkdaşlarının Gəncə (17.10.2023), Naxçıvan (23.10.2023) və Lənkəran (30.10.2023) şəhərlərinə səfər edərək proqram çərçivəsində universitetlərdə tələbələrlə görüşləri də təşkil olunacaq.


Azercell-in "Tələbə Təqaüdü Proqramı” yalnız maddi dəstəklə məhdudlaşmır. Hər il bu proqram çərçivəsində onlarla gənc Azercell-də təcrübə keçərək telekommunikasiya sahəsi üzrə biliklərini artırır və gələcək karyeraları üçün əvəzedilməz təcrübə qazanırlar. 





www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol