• $
  • €
  • ₽
  • ₺
  • £

Qəbul imtahanlarının məzmununu hazırlamaq üçün işçi qrupu yaradılıb

Qəbul imtahanlarının məzmununu hazırlamaq üçün işçi qrupu yaradılıb
03.10.2023 10:08
Dövlət İmtahan Mərkəzində 2024-cü il buraxılış və qəbul imtahanlarının məzmunu ilə bağlı materialların hazırlanması məqsədilə fənlər üzrə işçi qruplarının işinə start verilib. Bu barədə mərkəzdən məlumat verilib.


DİM-də Azərbaycan dili, Azərbaycan dili (dövlət dili), ingilis dili və informatika fənləri üzrə işçi qruplarının ilk iclası keçirilib.


Gündəlik məsələ imtahan proqramları və imtahanların modelinə uyğun sınaq imtahanı variantlarının müzakirəsi olub.


İclaslarda Metodika və dərsliklərin monitorinqi şöbəsinin müdiri Afiqə Batıyeva işçi qruplarının üzvlərini iş planı ilə tanış edib və fəaliyyətlərində uğurlar arzulayıb. A.Batıyeva qeyd edib ki, buraxılış və qəbul imtahanlarının proqramları və onlarla bağlı əlavə materiallar sentyabr ayında DİM-in saytında yerləşdirilib.


Beləliklə, şagirdlər və abituriyentlər dərs ilinin əvvəlindən proqramların məzmunu və ədəbiyyat siyahısı ilə tanış ola bilərlər.


Daha sonra iclaslarda sınaq imtahanı variantlarının müzakirəsi aparılıb. Hər bir tapşırıq müvafiq fənn kurikulumunun təlim nəticəsinə, istifadədə olan dərsliklərə uyğunluq baxımından müzakirə edilib. Qeyd olunan məsələlərlə bağlı iştirakçılar öz fikirlərini bildirib və təkliflər veriblər.


İşçi qruplarının növbəti iclası oktyabrın 9-da olacaq.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol