İqtisad Universitetinin yeni rektoru danışdı

Ədalət Muradov xəbəri təsdiqləyib.
Ölkə prezidentinin sərəncamı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin yeni rektoru təyin edilmiş Ədalət Muradov təəssüratlarını bölüşüb.
ANN.Az Lent.az-a istinadən xəbər verir ki, o, xəbəri təsdiqləyib və bildirib ki, bu, prezident İlham Əliyev tərəfindən ona göstərilmiş çox böyük etimaddır:
“Mən bu etimadı həmişə doğrultmağa çalışacağam. Hazırda Azərbaycan təhsilində böyük islahatlar gedir. Azərbaycan təhsili dünya təhsilinə inteqrasiya olunmalıdır. Mən də bu çətin işdə öz köməkliyimi, var gücümü əsirgəməyəcəyəm”.
ANN.Az
























