İstanbulda Azərbaycan məktəbi açılıb

Türkiyədə ilk rəsmi Azərbaycan tədris ocağı - Azərbaycanın Milli Qəhrəmanı, şəhid Mübariz İbrahimovun adına təhsil kompleksi açılıb. Bu barədə Palmali Holdinigin sözçüsü Fidan Quliyeva öz sosial hesabında paylaşım edərək yazıb.
İstanbulda yaşayan azərbaycanlı uşaqlara Azərbaycan ümumtəhsil proqramı əsasında fəaliyyət göstərəcək.
Məktəblilər arasında ilk dəfə məktəb dəhlizlərində ayaq basan, oxumaq və yazmaq bilməyən 15 yaşlı uşaqlar da var. Təhsil-tədris ocağı müvəqqəti olaraq Türkiyədə yerləsmiş azərbaycanlı ailələrin uşaqlarına bilik və savad verəcək.
Məktəbin direktoru Aygün Həsənoğlu bildirib ki, indiyədək dərnək nəzdində fəaliyyət göstərən Mübariz İbrahimov adına Azərbaycan məktəbi artıq rəsmi təhsil qurumu kimi fəaliyyət göstərəcək: "Bu tədris ocağına 400-ə qədər şagird Azərbaycan dilində təhsil almaq üçün müraciət edib. Təkcə birinci sinfə 70-dən artıq uşaq yazılıb. Təhsil almaq istəyən ikinci sinif şagirdlərinin sayı 40-a çatıb. 15 yaşında olub oxuma-yazma bilməyən 4 şagird var ki, onlar da 1-ci sinifdən başlamalı olublar. 9-cu sinif şagirdlərinin sayı da hər gün artır”.
Direktor onu da qeyd edib ki, təhsil ocağında ümumilikdə 11 sinif var.
Təhsil müəssisəsi "Palmali Holding" dəstəyi ilə ərsəyə gəlib.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib