Kolleclərin boş qalan yerlərinə qəbulun nəticələri elan olunub

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub.
Dövlət İmtahan Mərkəzindən bildirilib ki, abituriyentlər müsabiqənin nəticələri barədə məlumatı mərkəzin internet saytından, eləcə də "iş nömrəsi"ni və ya elektron ixtisas seçimi ərizəsindəki "7 rəqəmli kod”u bütün mobil operator nömrələrindən 7727-yə göndərməklə öyrənə bilərlər.
Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinin müsabiqəsində iştirak etmək üçün 1454 abituriyent ixtisas seçimi edib. Müsabiqə nəticəsində 1198 nəfər orta ixtisas təhsili müəssisələrinə qəbul olunub.
Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunanların siyahısı ilə "Abituriyent” jurnalının xüsusi buraxılışında tanış ola bilərsiniz. Jurnalın xüsusi buraxılışının elektron versiyasını (pdf formatında) sabah günün birinci yarısında DİM-in saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə etmək mümkün olacaq. (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/).
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























