• $
  • €
  • ₽
  • ₺
  • £

Narkotik satışı və alışı ilə məşğul olanlar məktəbli olmayıb - DİN

Narkotik satışı və alışı ilə məşğul olanlar məktəbli olmayıb - DİN
04.10.2023 11:09
Nəsimi rayonunun 44 saylı məktəbinin yaxınlığında narkotik satışı və alışı ilə məşğul olan şəxslər məktəb şagirdləri deyil. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarof məlumat verib. 
 
O bildirib ki, polis araşdırması zamanıı ərazidə narkotik satan Z. Hacıyev saxlanılıb. Onun üzərindən 102 qram heroin maddə aşkar edilib.  
 
"Araşdırma zamanı Z.Hacıyevin narkotik maddələrin satışını təşkil etməklə bərabər aludəçisi olduğu, həmçinin onunla birlikdə görüntülənən şəxslərin məktəb şagirdləri yox, narkotik vasitə istifadəçiləri olduqları müəyyən edilib. Şübhəli şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir", - açıqlamada deyilir. 
 
Oktyabrın 3-də Nəsimi rayonu 44 saylı məktəbinin həyətyanı ərazisində məktəblilərə narkotik satılması ilə bağlı iddialı görüntülər yayılıb. 
 
Məktəbdən açıqlama verilərək bildirilib ki, 44 nömrəli məktəbin ərazisində yayılan videodakı şəxlər məktəbin şagirdləri deyil və videogörüntülərdə yer alan ərazi 44 nömrəli tam orta məktəbin arxa tərəfində yerləşir.
 
"Ərazi "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə (ASC) aiddir və burda adı qeyd edilən ASC-nin enerji blokları yerləşdirilib. Məktəbli geyiminin rənginə görə təsbit edilib ki, videoda görünən şəxslər 44 nömrəli tam orta məktəbin şagirdləri deyil", -  məktəbin açıqlamasıında qeyd olunub. 
 
Gülnar Nazimqızı 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol