Bu il övladlığa verilən uşaqların sayı açıqlanıb

2023-cü ilin doqquz ayında 100 uşaq övladlığa götürülüb. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.
Məlumata görə, onlardan 51 nəfəri oğlan, 49 nəfəri isə qızdır.
Övladlığa verilən uşaqlardan 66 nəfəri yaxın qohumu tərəfindən övladlığa götürülüb.
Reinteqrasiya tədbirləri üzrə bu il dövlət uşaq müəssisələrindən 126 uşaq öz ailəsinə qaytarılıb. Həmin uşaqlardan 67 nəfəri oğlan, 59 nəfəri isə qızdır.
2022-ci ildə 215 uşaq övladlığa verilib. Onlardan 110 nəfəri oğlan, 115 nəfəri isə qızdır.
Ötən il övladlığa götürülən uşaqlardan geri qaytarılan olmayıb. Qeyd edilən dövrdə 1 valideynlik hüququndan məhrum olunma halı olub.
Prezidentin Fərmanı əsasında 1 noyabr 2019-cu ildən etibarən övladlığagötürmə sahəsində idarəetmə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunub. Bu proses "Valideyn-himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsistemi vasitəsilə həyata keçirilir.

Uşaqların övladlığa verildiyi ailələrdə vəziyyətinin öyrənilməsi üçün onlar 18 yaşına çatanadək övladlığagötürmənin birinci ilində hər rüb, növbəti illərdə isə ildə bir dəfə olmaqla monitorinqlər aparılır.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib