• $
  • €
  • ₽
  • ₺
  • £

Azərkosmos və ICESCO arasında müqavilə imzalanıb

Azərkosmos və ICESCO arasında müqavilə imzalanıb
04.10.2023 18:04
Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində Azərbaycan Respublikasının Kosmik Agentliyi – Azərkosmos və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilə Azərkosmosun Beynəlxalq əlaqələr üzrə müşaviri Vüqar Bayramovun ICESCO-ya təqdim etdiyi "Biznes, innovasiya və elm” adlı layihəsi əsasında bağlanıb.

Azərbaycanın kosmos sahəsi üzrə hazırlanmış bu layihəyə ICESCO yaxın gələcəkdə 500 000 dollardan artıq investisiya ayıracaq.
 
ICESCO ilk dəfə kosmik sahənin inkişafı üçün investisiya layihəsi həyata keçirir.

Layihənin məqsədi turizm, ekologiya, kənd təsərrüfatı, texnologiya, kartoqrafiya, ətraf mühitin mühafizəsi, mədənçıxarma, infrastruktur və bir çox digər sahələrdə peyk resurslarının istifadəsini genişləndirməkdir.

Layihə çərçivəsində peyk texnologiyalarının istifadəsi və tədqiqi ilə bağlı yerli, beynəlxalq, o cümlədən İslam ölkələrinin elmi cəmiyyətləri, universitetlər və alimlərlə əməkdaşlıq qurulacaq. Bu tərəfdaşlıq ölkəmizdə kosmik innovasiyalar və ekosistemin inkişafına, yeni imkanların yaranmasına, ələlxüsus elmi kəşflərin edilməsinə böyük təkan verəcək.

"Düşünürəm ki, bu əməkdaşlıq təkcə İslam dünyası üçün deyil, həmçinin Azərbaycan və digər ölkələr üçün biznes, innovasiya və elm sahəsində irəliyə doğru atılmış böyük addımdır. Bu layihə bizim hamımız, o cümlədə elm xadimləri və gənclər üçün əla fürsət olacaq”, – deyə ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik bildirib.

"Azərbaycanın "ICESCO” ilə əməkdaşlığı hər il daha da möhkəmlənir. Sevindirici haldır ki, ICESCO ölkəmizdə məhz kosmos sahəsinin inkişafının davamlılığında maraqlıdır”, – deyə Azərkosmosun İdarə heyətinin sədri Saməddin Əsədov bildirib.

"Azərkosmos”un ICESCO ilə əməkdaşlığı çərçivəsində Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresində İslam dünyasından 500 tələbə iştirak edir. Onlar Türkiyə, Birləşmiş Ərəb Əmirliyi, Pakistan, Qətər, Küveyt, Tacikistan, Hindistan, İran, Nigeriya və digər dövlətləri təmsil edirlər. Bu gənclər tibb, mühəndislik və digər sahədə təhsil alırlar.

ICESCO-ya üzv olan 54 ölkədən yalnız 17-si kosmik sahəyə investisiya qoyur. Bu sərmayənin 2024-cü ildə 1 trilyon dollardan 2 trilyon dollara çatdırılması nəzərdə tutulur.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol