• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda yük daşımalarının uçotu “AYNA” informasiya sistemi vasitəsilə aparılacaq

Azərbaycanda yük daşımalarının uçotu “AYNA” informasiya sistemi vasitəsilə aparılacaq
04.10.2023 19:38
Azərbaycanda yük avtonəqliyyatı üçün elektron yol vərəqinin forması, tətbiqi, uçotu və istifadəsi qaydaları təsdiqlənib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, yük daşıyan avtonəqliyyat vasitəsinin fəaliyyətinin uçotunu həyata keçirmək üçün tətbiq edilən elektron yol vərəqi əsasında həmin nəqliyyat vasitəsi ilə görülən işin və sərf edilən yanacağın həcmi müəyyən edilir.

Yükün daşınması məqsədilə avtonəqliyyat vasitəsindən istifadə edilməsi bu Qaydaların əlavəsində göstərilən formaya uyğun olaraq tərtib edilən yük avtonəqliyyatı üçün elektron yol vərəqəsi ilə rəsmiləşdirilir. Avtomobil nəqliyyatı vasitəsilə əmtəə təyinatlı yüklərin daşınmasına görə yük avtonəqliyyatı üçün elektron yol vərəqini tərtib etmək vergi ödəyicisinin vəzifəsidir.

Daşınma müqaviləsi, digər qanuni əsaslarla haqq müqabilində və ya özünə məxsus yüklərin daşınmasını yerinə yetirən, mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan hüquqi şəxs və ya fərdi sahibkar tərəfindən yüklərin şəhərlərarası, rayonlararası, şəhərdaxili, rayondaxili, şəhərətrafı və rayonətrafı daşınması zamanı elektron yol vərəqi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "AYNA” informasiya sistemində yaradılmış "Yük avtonəqliyyatı üçün elektron yol vərəqi” altsistemində Azərbaycan dilində hazırlanır.

Yük avtonəqliyyatı ilə şəhərlərarası, rayonlararası, şəhərdaxili, rayondaxili, şəhərətrafı və rayonətrafı yüklərin daşınması zamanı daşıyıcı tərəfindən elektron yol vərəqi tərtib edilir.

Yük avtonəqliyyatı üçün elektron yol vərəqinin uçotu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "AYNA” informasiya sistemi vasitəsilə həyata keçirilir.

Elektron yol vərəqinin seriyası və nömrəsi "AYNA” informasiya sistemi vasitəsilə verilir və təkrarlanmır.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol