• $
  • €
  • ₽
  • ₺
  • £

Bu il Bakı metrosu nə qədər sərnişin daşıyıb?- STATİSTİKA

Bu il Bakı metrosu nə qədər sərnişin daşıyıb?- STATİSTİKA
05.10.2023 09:59
2023-cü ilin sentyabrında "Bakı Metropoliteni" QSC-dən 18 milyon 343 min 214 sərnişin istifadə edib. Bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb.

Bildirilir ki, ən çox sərnişin sentyabrın 19-da (768 min 655), ən az sərnişin isə sentyabrın 3-də (355 min 508) daşınıb.

Aylıq daşıma koronavirus ("COVID-19”) pandemiyası elan edilənə qədərki - 2019-cu ilin sentyabr ayı ilə müqayisədə 5,6 % az, 2022-ci ilin eyni ayına nisbətən isə 0,1 % çoxdur.

Cari ilin yanvar-sentyabrında Bakı metrosu 156 milyon 790 min 534 sərnişin daşıyıb. Bu isə 2019-cu və 2022-ci illərin eyni dövrü ilə müqayisədə müvafiq olaraq, 7,6 % az və 6,9 % çoxdur.
 
2022-ci ildə Bakmetropolitenin sərnişindaşımadan əldə etdiyi gəlir 60 milyon 749,9 min manat (artım 2,3 dəfə) təşkil edib. Ötən il metro nəqliyyatı ilə 208 milyon 696,1 min nəfər (artım 2,3 dəfə) daşınıb.

Bakı Metropoliteni 1967-ci ildən fəaliyyət göstərir. Bakı Metropoliteni 1967-ci ildən fəaliyyət göstərir. Hazırda Bakı Metropoliteni üç xətt (yaşıl, qırmızı və bənövşəyi) və 26 istismar stansiyasından ibarətdir.
 
Aytac Zeynalova
 

 


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol