22 aptekdə yoxlamalar aparılıb

2023-cü ilin sentyabrında 22 aptekdə planlı və plandan kənar yoxlamalar həyata keçirilib. Bu barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən bildirilib.
Bildirilibki, aptekdə nöqsan aşkarlanaraq İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə protokol tərtib edilib.
"Bir daha vətəndaşların nəzərinə çatdırırıq ki, aptekdən alınan dərman vasitələrinin keyfiyyəti barədə şübhə yaranarsa Analitik Ekspertiza Mərkəzinə məlumat verə bilərlər. Belə hallarla rastlaşdıqda vətəndaş AEM-in "Bir pəncərə” sektoruna müraciət edə və ya "qaynar xətt”lə əlaqə saxlaya bilər. Həmçinin, vətəndaşlar AEM-in www.pharma.az saytının MÜRACİƏT bölməsinə daxil olaraq, əldə edilən dərmanın qutusunun şəklini, alış qəbzini və aptekin ünvanını yükləyərək ölkəyə qeyri-qanuni yolla gətirilən dərman vasitəsi barədə məlumat verə bilərlər. Belə olan halda AEM göstərilən əczaçılıq təşkilatında şikayətdə qeyd olunan dərman vasitəsi ilə bağlı araşdırma başlayaraq müvafiq tədbirlər görür", - əlavə edilib.
Cari ilin avqustunda ümumilikdə 32 aptekdə planlı və plandan kənar yoxlamalar həyata keçirilib.
3 aptek təşkilatında nöqsanlar aşkarlanaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə protokollar tərtib edilib.
3 aptek təşkilatında nöqsanlar aşkarlanaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə protokollar tərtib edilib.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























