• $
  • €
  • ₽
  • ₺
  • £

Cari ildə neçə övladlığa götürmə ləğv olunub?

Cari ildə neçə övladlığa götürmə ləğv olunub?
05.10.2023 11:45
2023-cü ilin ötən dövründə 4 övladlığa götürmə ləğv olunub. Bu barədə APA-nın sorğusuna cavab olaraq Sosial Xidmətlər Agentliyindən xəbər verilib.
 
2023-cü ilin doqquz ayında 100 uşaq övladlığa götürülüb. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.
 
Məlumata görə, onlardan 51 nəfəri oğlan, 49 nəfəri isə qızdır.

Övladlığa verilən uşaqlardan 66 nəfəri yaxın qohumu tərəfindən övladlığa götürülüb.
 
Reinteqrasiya tədbirləri üzrə bu il dövlət uşaq müəssisələrindən 126 uşaq öz ailəsinə qaytarılıb. Həmin uşaqlardan 67 nəfəri oğlan, 59 nəfəri isə qızdır.

 2022-ci ildə 215 uşaq övladlığa verilib. Onlardan 110 nəfəri oğlan, 115 nəfəri isə qızdır. 

Ötən il övladlığa götürülən uşaqlardan geri qaytarılan olmayıb. Qeyd edilən dövrdə 1 valideynlik hüququndan məhrum olunma halı olub. 
 
Prezidentin Fərmanı əsasında 1 noyabr 2019-cu ildən etibarən övladlığagötürmə sahəsində idarəetmə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunub. Bu proses "Valideyn-himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsistemi vasitəsilə həyata keçirilir. 

Uşaqların övladlığa verildiyi ailələrdə vəziyyətinin öyrənilməsi üçün onlar 18 yaşına çatanadək övladlığagötürmənin birinci ilində hər rüb, növbəti illərdə isə ildə bir dəfə olmaqla monitorinqlər aparılır.
 
2022-ci ildə övladlığa götürülməsi barədə qərarları ləğv edilmiş uşaqların sayı 51 nəfər olub. Onlardan 17-si qız, 34-ü oğlan uşağı olub.
 
Aytac Zeynalova
 


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol