Rəqabət Məcəlləsinin tərkibi Prezident səviyyəsində tərtib edilsin- TƏKLİF

Rəqabət Məcəlləsinin səlahiyyətləri Prezident səviyyəsində tərtib olunsa, daha yaxşı nəticələr əldə etmək olar. Bunu Milli Məclisin deputatı Vahid Əhmədov deyib.
www.anews.az
"Qanunun icra mexanizmi, vəzifələri və hesabatlılığı çox vacibdir. Təklif edirəm ki, orqanın tərkibi Prezident səviyyəsində tərtib edilsin. Əgər bu olmasa belə baş nazir və ya dövlət rəhbərliyi səviyyəsində hazırlansın. Bu orqanın işləməsindən ölkə iqtisadiyyatının taleyi həll olunacaq”, - deputat oktyabrın 5-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində çıxışı zamanı deyib.
Sentyabrın 26-da Milli Məclisdə Rəqabət Məcəlləsi haqqında ictimai dinləmə zamanı deputat Vahid Əhmədov da açıqlamışdı ki, bu qanun 16 il bundan qabaq qəbul olunması üçün işlər getdi və III oxunuşda qəbul olunmadı. Deputat bildir ki, qanunun qəbul olunmasına icazə verilməyib.
Sentyabrın 26-da Rəqabət Məcəlləsinin Təsdiq edilməsi haqda qanun layihəsi haqda Milli Məclisdə ictimai dinləmə keçirilib.Dinləmədə iqtisadi ekspertlər və deputatlar qanun layihəsi istiqamətində bir sıra təkliflər veriblər.
Rəqabət Məcəlləsi üzərində 2004-cü ildən işlər aparılır. Yeni layihə 12 fəsil, 83 maddədən ibarətdir.
Hazırda sahibkarlıq sahəsində rəqabət mühiti 1995-ci il tarixli "Haqsız Rəqabət haqqında" və 1993-cü ildə qəbul olunan "Antiinhisar fəaliyyəti haqqında" qanunlarla tənzimlənir.
Gülnar Nazimqızı
Rəqabət Məcəlləsi üzərində 2004-cü ildən işlər aparılır. Yeni layihə 12 fəsil, 83 maddədən ibarətdir.
Hazırda sahibkarlıq sahəsində rəqabət mühiti 1995-ci il tarixli "Haqsız Rəqabət haqqında" və 1993-cü ildə qəbul olunan "Antiinhisar fəaliyyəti haqqında" qanunlarla tənzimlənir.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























