Deputat rəqabət reyestrinin yaradılmasını təklif edib

Rəqabət Məcəlləsi üzrə reyster sisteminin yaradılması yaxşı nəticələr verə bilər. Bunu deputat Vüqar Bayramov deyib.
"Bu pratika başqa ölkələrdə də var. Qanuna bunun əlavə edilməsini məqbul hesab edirəm. Burada məqsəd rəqabəti pozan şirkət və sahibkarlarla bağlı məlumatı digər sahibkarlarla bölüşməkdən ibarətdir”, - deputat oktyabrın 5-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində çıxışı zamanı deyib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov deputata cavab olaraq bildirib ki, bu maraqlı təklifdir və bu haqda düşünmək olar.
Nazir qanunun icra mexanizmlərinin həyata keçirənlərin müstəqil və peşəkar olmasının vacibliyini vurğulayıb.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli söyləyib ki, hazırda reysterin yaradılması yaxşı təklif olsa da bunu pratiki olaraq icra etmək mümkün olmayacaq. Səbəb olaraq bunu icraedici orqanın üzərində məsuliyyət yarada biləcəyini açıqlayıb. Qurum rəsmisi söyləyib ki, reysterin yaradılması gələcəkdə həyata keçirilə bilər.
www.anews.az

Rəqabət Məcəlləsinin oktyabrın 5-də keçirilən müzakirəsində deputat Rüfət Quliyev təkif edib ki, icraedici orqan İqtisadiyyat Nazirliyi yanında olan Ombusdmanın əməkdaşları olsun.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib