Sabah bu ərazilərdə qaz olmayacaq

Sabah saat 08:00-dan "Qaz İxrac” İdarəsinə məxsus "Qaradağ-Xırdalan” magistral qaz kəmərinin 25,6-cı və 27,3-cü km-lər arası hissəsində yeni çəkilmiş qaz kəmərinin qaznəqli sisteminə birləşdirilməsi, saat 09:00-dan yeni çəkilmiş "Böyük Bəhmənli-Şuşa” yeraltı magistral qaz kəmərinin "Beyləqan-Horadiz” magistral qaz kəmərinə birləşdirilməsi, həmçinin "İvanovka” QPS-də qızdırıcı sobanın giriş və çıxış xətləri üzərində quraşdırılmış istismara yararsız və tənzimləyici qovşağın girişində kranların dəyişdirilməsi ilə əlaqədar "Xocasən”, "Alatava”, "Sulu-Təpə”, "Horadiz” və "İvanovka” QPS-lərdən, "Fərəh MMC” və "Füzuli Diaqnostika” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.
Bu barədə "Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























