• $
  • €
  • ₽
  • ₺
  • £

Milli Məclis Aİ-nin qətnaməsinə cavab verən bəyanat qəbul edib

Milli Məclis Aİ-nin qətnaməsinə cavab verən bəyanat qəbul edib
06.10.2023 12:07
Oktyabrın 6-da Milli Məclisin plenar iclasında deputatlar Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnaməni tənqid edərək qətnaməyə qarşı bəyanat qəbul ediblər. 

Deputat Səməd Seyidov bildirib ki, bu Azərbaycana qarşı ilk belə sənəd deyil. 

"Hər dəfə Ermənistanın planları baş tutmayanda belə qətnamələr görürürük. Qətnamə təhdidlərlə dolu sənəddir. Sənəd onlarn iç üzünü açdı. Hesaba edirəm ki, Fransa və ətrafında olan bir neçə ölkənin bu qərarı Azərbaycanın qələbəsini həzm etməməsindən irəli gəlir”, - deputat söyləyib.  

Səməd Seyidov qətnaməni qorxaqlıq qətnamə adlandırıb. 

Deputat Qüdrət Həsənquliyev bu cür sənədin qəbul olunmasının səbəbi Avropada güclü erməni diasporunun olmasından irəli gəlir.

"Bu qərar ürəkbulandırıcı oldu. Avropada güclü erməni diasporu fəliyyət göstərir. Bu ölkələrin Azərbaycana nə qədər nifrətdolu olduğunu göstərir. Bu yoldan bizi heç kim çəkindirə bilməz. Qəbul olunan rüsvayçı qərar Avropa Parlamenti üçün qara ləkədir”, - o deyib. 

Deputat Aydın Mirzəzadə hesab edir ki, bu cür sənədin qəbul olunması Azərbaycanın ərazi bütövlüyünü şübhə altına almaq deməkdir. 

"Qərəzli qətnamədir. Ədalətə ziddir. Avropa Parlamenti işğalçılığın tərəfində durur. Azərbaycanın ərazi bütövlünü şübhə altına alır. Belə çıxır ki,Avropa Parlamentində nə komputer var, nə internet var. Baş verənləri çağırışları eşitmir. Aİ Xocalıda baş verənləri, 1 milyondan çox qaçqınlarımızı görməzdən gəldi. Məqsəd Ermənistanı müdafiə etməkdir”, - Mirzəzadə söyləyib. 

Deputat Elman Nəsirov söyləyib ki, Ermənistan Parlamentində Azərbaycana qarşı bu qədər sərt sənədlər qəbul olunmayıb. 

"Bu günə qədər Ermənistan Parlamenti bu qədər sənəd qəbul etməyib. Avropa Parlamenti çox kəskin mövqe ortaya qoyub. Əsas səbəb budur ki, Avropa Parlamenti sözün əsl mənasında bazarlıq meydanına çevrilib. Avropa Parlamentində rüşvətxorluq halları çoxalıb. Düşünürəm ki, bu səbəbi budur”, - Nəsirov deyib. 

Deputat Azay Quliyev vurğulayıb ki, Azərbaycan yeganə ölkədir ki, ərazi bütövlüyünü hərbi yolla bərpa edə bilib. 


"Azərbaycan yeganə dövlətdir ki, öz ərazi birliyini hərbi yolla öz ərazini bərpa etdi. Qətnaməyə səs verənlər Ukrayanaya dəstək olandır. Bəs biz də eyni şeyi edirik. Bu cür siyasi riyakarların qəbul etdiyi kağızın heç bir əhəmiyyəti yoxdur. Fransa bir yandan vasitəçilik rolu oynamaq istəyir, digər tərəfdən Azərbaycana qarşı çıxışlar edir. Fransa kimi ikiüzlü ölkələrin olduğu görüşlərdə iştirak edə bilmərik”, - Quliyev bildirib. 

Deputat Bəhruz Məhərrəmov hesab edir ki, Fransa özünü erməni dövləti kimi aparır. 

"Fransa bu gün özünü erməni dövləti kimi aparır. Azərbaycan beynəlxalq hüququn aliliyini göstərir. Bizim mövqeyimiz aydındır. Əsas diqqətli olmaqdır. Ermənistan Azərbaycanla əməkdaşlıq haqda, düşdüyü vəziyyətdən çıxmağı düşünməlidir. Kim kimə möhtacdır göz qarşısındadır. Sülhün imzalanması üçün heç bir maneə qalmayıb. Amma Fransa Almaniya kimi ölkərin müdaxilə etməsi ortalığı qarışdırır”, - deputat əlavə edib.  

Deputat Vahid Əhmədov bildirib ki, Azərbaycan bütün bu proseslərə yekun vurmaq üçün sülh imzalamalı, sülhməramlıları bölgədən çıxarmalı və Xankəndində nümayəndəliyinin yaratmasını təmin etməlidir. 

Millət vəkili Kamilə Əliyeva söyləyib ki, bu qətnaməmin qəbul edilməsi Azərbaycan üçün heç bir vəziyyəti dəyişmir. 


Deputat Fəzail İbrahimli qeyd edib ki, bu cür sənədin qəbul olunmasına təəccüblənmək üçün əsas yoxdur.

"Bu qərar təəssüf doğurur amma bizi təəccübləndirməməlidir. 30 ildən artıqdır bu üzləri görürürük. Sonuncu addımızla bunları çətin duruma salmışıq. Fransa və onun rəhbərli Azərbaycana münasibətini bu cür göstərə bilmədi. Bu Ermənistanı sakitləşdirmək üçün qəbul edilən sənəddir. Avropa Parlamenti BMT-ni bu sənəddə ittiham edir. BMT fikirlərini qəbul etmədiyini açıqlayır. Sənəddə Ermənistan da ittiham olunur. Aİ-nın təhlükəsizlik strukturu varmı Ermənistanı müdafiə etsin? BMT və Azərbaycana hədə-qorxu gələn bir sənəddir”, - İbrahimli əlavə edib. 

Deputat Tahir Rzayev söyləyib ki, sənədin heç bir hüquqi əsası yoxdur. 

"Fransa dövlətinin və Makronun əlində oyuncaqdır. Bu siyasi bir avanturadır. Beynəlxalq normalara cavab vermir. Haqqa ədalətə hörmətsizlikdir. Bu siyasi bir tərbiyəsizlikdir”, - o deyib. 

Millət vəkili Rasim Musabəyov bildirib ki, Fransa yeganə dövlətdir ki, milli azlıqlarla bağlı konvensiyaya qoşulmayıb. 

Deputat Zahid Oruc çıxışında bildirib ki, Azərbaycan sülh təklif edir və birgə yaşamağa çağırır. Zahid Oruc qeyd edib ki, Qafqazda çoxmillətli dövlət kimi vahid bir ev tikilməsinin vaxtıdır.
 
Avropa Parlamentinin üzvləri Qarabağdakı vəziyyətlə əlaqədar Avropa İttifaqını Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnamə qəbul ediblər. 

Sənəddə qeyd olunur ki, Qarabağda "çoxsaylı atəşkəs pozuntularına və insan hüquqlarının pozulmasına görə məsuliyyət daşıyan” Azərbaycan hökumətindəki şəxslərə qarşı sanksiyalar tətbiq etməyə çağırır.

Avropa Parlamenti həmçinin Brüssel və Bakı arasında əməkdaşlığın inkişafına yenidən baxmağa  və Azərbaycan qazının idxalından asılılığı azaltmağa çağırıb.

Qətnaməni 491 deputat dəstəkləyib, 9 deputat əleyhinə səs verib, 36 deputat isə bitərəf qalıb.

 
Gülnar Nazimqızı

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol