Şəhid Əzizbəy Muradov azad olunan məntəqələrdən birində piano ifası ilə məhşurlaşıb- VİDEO

Sentyabrın 19-20-də Qarabağda keçirilən antiteror tədbirləri zamanı yaralanan DİN-in Çevik Polis Alayının polis nəfəri Əzizbəy Muradov bu gün şəhid olub.
44 günlük Vətən müharibəsinin də iştirakçısı olan Əzizbəy Muradov müharibə vaxtı azad edilən yaşayış məntəqələrindən birində piano ifa etməsi ilə məşhurlaşmışdı.
Şəhidin dəfn mərasimi Sabirabad rayonunun Ulacalı kəndində olacaq.
Muradov 44 günlük Vətən müharibəsindən sonra "Qubadlının azad olunmasına görə” və "Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmişdi.
Həmin videonu təqdim edirik:
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























