• $
  • €
  • ₽
  • ₺
  • £

Növbəti Beynəlxalq Astronavtika Konqresi Türkiyədə baş tutacaq

Növbəti Beynəlxalq Astronavtika Konqresi Türkiyədə baş tutacaq
06.10.2023 14:07
Gələn il növbəti Beynəlxalq Astronavtika Konqresi Türkiyənin Antalya şəhərində keçiriləcək.

Bunu Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresinin (İAC2023) çərçivəsində nümayiş etdirilən stendlərin mükafatlandırılma mərasimində Azərbaycan Respublikasının Kosmik Agentliyinin ("Azərkosmos”) İdarə Heyətinin sədri Saməddin Əsədov deyib.

Sərgidə Əsədov bütün tədbir iştirakçılarına və sponsorlara təşəkkürünü bildirib. Mükafata Səudiyyə Ərəbistanı, İtaliya Kosmik Agentliyi (ən innovativ stend), Çin Astronavtlar Assosiasiyası, "Airbus” şirkətinin nümayəndələri (ən kreativ), Yaponiyanın JAXA Kosmik Agentliyi, Polşa Kosmik Agentliyi (ən fəal), Milanın "Plan-S” şirkəti və Türkiyə Kosmik Agentliyinin (ən işgüzar) stendləri mükafatlandırılıblar.
 
Oktyabrın 2-də Azərbaycanda 74-cü Beynəlxalq Astronavtika Konqresi başlayıb. Tədbirə Bakı ilk dəfə Ulu Öndər Heydər Əliyevin ölkəyə birinci rəhbərliyi dövründə – 1973-cü ildə ev sahibliyi edib. 50 ildən sonra konqres yenidən Azərbaycanda keçirilir.

136 ölkədən 5 300-dən artıq nümayəndənin iştirak etdiyi beynəlxalq tədbir bu gün - oktyabrın 6-dək davam edəcək.
 
Aytac Zeynalova

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol