Azərbaycanda elektron siqaretlərdən istifadə artıb

2023-cü ilin yanvar-iyununda 2022-ci ilin eyni dövrü ilə müqayisədə Azərbaycana elektron siqaretlərin idxalı 12% artb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat verib.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məsələ ilə bağlı Anews.az-a bildirib ki, son dönəmlər elektron siqaretlərdən istifadənin artma səbəblərindən biri də ölkədə elektron siqaretlərin aktiv reklam olunmasıdır.
"Dəfələrlə elektron siqaretin reklamının qadağan olunmasını, məhdudiyyət qoyulmasını tələb etsək də, buna nail ola bilmirik. İnsanlar elektron siqaretdən uzaq durmalıdır. Çünki bu siqaretlər heç də tütünlü məhsullardan az zərərli deyil. Azərbaycanda bəzi şirkətlər elektron siqaretlə bağlı böyük yalanlar yayırlar, insanları cəlb edir, aldadırlar. AİB bütün gücü ilə elektron siqaretlərin Azərbaycanda tütün səviyyəsində dərk olunması üçün çalşır", - Hüseynov bildirib.
Onun sözlərinə görə, Azərbaycan dünyanın yeganə ölkələrindən biridir ki, burada elektron siqaret açıq reklam olunur və dövlət buna nəzarət etməlidir.
"Çox istəyərdim ki, tütün və tütün məmulatları haqqında qanun buna da şamil olunsun", - o bildirib.

Pulmonoloq Əsəd Beydullayev bildirir ki, siqareti tərgitmək üçün elektron siqaretdən istifadə etmək bir zəhəri başqa biri ilə əvəz etməkdir. Elektron siqaretlərin içindəki maddələrin tərkibi dadlandırıcılardan, qoxu və çoxlu kimyəvi əlavələrdən ibarətdir ki, bunların bəziləri hələ də araşdırılmayıb. Bunun adi siqaretdən daha yaxşı olduğunu söyləmək böyük yanlışlıqdır.
"Kütləvi istifadəsi 2006-cı ildən geniş yayılan elektron siqaretlərin tərkibindəki maddələr də asılılıq yaratdığı halda orqanizmi zədələyir. Ağciyərdə emfizema, xərçəng kimi xəstəliklərin yaranmasına səbəb olur", - Beydullayev bildirib.
O, həmçinin insanlara mümkün qədər bu tip zərərli vərdişlərdən uzaq durmağı məsləhət görüb.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti elektron siqaretləri ziyanı ilə bağlı müəyyən addımlar atdığını bilridir.
Xidmətdən verilə məlumata görə, Azərbaycan dilində müvafiq xəbərdarlıq yazısı yer almayan birdəfəlik istifadə üçün elektron siqaretlərin idxalını həyata keçirən müəssisələrə satdıqları məhsulların etiketlənməsinin qanunvericiliyin tələblərinə uyğunlaşdırılması və nəticəsi barədə Dövlət Xidmətinə məlumat verilməsi barədə müvafiq məktublar ünvanlanıb.
"İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci bəndinə əsasən satıcı (icraçı) istehlakçını maraqlandıran malın istehlak xassələri, əldə edilməsi şərtləri, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir. Həmin qanunun 13-cü maddəsinin 3-cü bəndinə, "Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun 7.4-cü maddəsinə və Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın 5.8-ci bəndinə əsasən ölkəmizə idxal edilən mal və məhsulların üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə tərcüməsi ilə müşayiət olunmalıdır.
Eyni zamanda, "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən bütün növ qəlyanlar və elektron siqaretlər həmin qanunun təsir dairəsində tütün məmulatlarına bərabər tutulur. "Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikasının Qanunun 14.3.4-cü maddəsinə əsasən ölkə ərazisinə idxal edilən tütün məmulatlarının, o cümlədən birdəfəlik istifadə üçün elektron siqaretlərin qutularının üzərində (qablaşdırmasında) insanların səhhətinə zərərli təsirləri barədə Azərbaycan dilində xəbərdarlıq yazısı mövcud olmalıdır.
Elektron siqaret nədir?
Elektron siqaretdə nikotin, müxtəlif aromatik maddələr və qatqılardan ibarət mayedən ibarətdir. İstifadə zamanı bu maye qızıb buxara çevrilir və nəfəs borusu vasitəsilə ağciyərə yayılır.
Mütəxəssislər bunun ağciyər reaksiyalarına, tənəffüs çatışmazlığına və reanimasiya şəraitində müalicə tələb edən problemlərə səbəb olduğunu söyləyirlər.
Türkiyə Toraks dərnəyinin araşdırmasına görə, elektron siqaretlərin tərkibində müxtəlif kimyəvi maddələr var:
propilen
qlikol
qliserin
etilen spirti
polietilen qlikol (PEG400)
diasetil dietilen qlikol
amino-tadalafil
rimonabant
kannabibinoid
nitrozaminlər
formaldehid
asetaldehid ketonu
merkuri
tetrametilpirazin
qurşun
nikel
xrom
nikotin
süni qoxular

Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycana idxal olunan elektron siqaretlərin 98% Çindən gətirilir.
Bu siqaretlərin satışına 2004-cü ildə Çin də başlanılıb, 2006-cı ildə isə Amerika və Avropa bazarlarına da keçib.
Çiçək Sadatova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib