• $
  • €
  • ₽
  • ₺
  • £

Abel Məhərrəmov tələbələrin aksiyasından sonrakı durumdan danışdı

Abel Məhərrəmov tələbələrin aksiyasından sonrakı durumdan danışdı
05.03.2014 15:44

Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmov tələbələrin aksiyasından sonra bu təhsil müəssisəsindəki son duruma aydınlıq gətirib.

Trend-in məlumatına görə, A.Məhərrəmov jurnalistlərə bildirib ki, artıq universitetdə bu işlər tənzimlənib, imtanların keçirilməsi normal qaydada davam edir: "Universitetimizdə təhsil prosesi davam edir. Yəni, tələbələr və müəllimlər öz işləri ilə məşğuldurlar. BDU-da bu hadisələrin baş verməsində də müəyyən dairələr maraqlı idi. Hadisələrin analizi göstərir ki, universitetin cəmi yeddi tələbəsi baş verən hadisələrdə iştirak edib. Digərləri isə 20-30 nəfərlik bir dalğa idi. Orada olanlar isə ya tələbə deyildi, ya da universitetlə heç bir bağlılığı yox idi. Bu işi törədənlərin 95 faizi universitetlə heç bir əlaqəsi olmayan azsaylı qrup idi".

A.Məhərrəmov deyib ki, müəyyən qruplar sosial şəbəkədə bir-biriləri ilə əlaqə saxlayaraq belə hadisəni törədiblər. Onlar bunu sonradan siyasi müstəviyə keçirməyə çalışıblar: "BDU hər zaman ideoloji mərkəz olub, siyasi fənlər üzrə tədris aparılır. Ona görə də bəzi maraqlı qüvvələr çalışırdılar ki, universitetin tələbələrini ələ alsınlar".Qeyd edək ki, Nazirlər Kabinetinin "Ali məktəblərin bakalavriat və magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili qaydaları" və təhsil nazirinin həmin qərarların icrası ilə bağlı verdiyi əmrlərin icrasına etiraz edən bir qrup tələbə ötən ay BDU-nun həyətində aksiya keçirmişdi.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol