55%-ə yaxın respondent Qarabağa yardım göndərilməsini dəstəkləyir

Sosial Tədqiqatlar Mərkəzinin sorğu nəəticələrinə görə, respondetlərin 54,8%-i Azərbaycanın Qarabağa humanitar yardım göndərməyini dəstəkləyir. Bu barədə qurumun açıqladığı son hesabatda qeyd olunub.
Bildirilib ki, sorğuda iştirak edənlərin 34,6%-i yardımı dəstəkləmədiyini, 10,6%-i isə suala cavab verməkdən imtina verdiyini açıqlayıb.
Sorğu 12 iqtisadi rayonda keçirilməklə 385 nəfəri əhatə edib.
Rəsmi Bakı Qarabağda yaşayan ermənilər üçün bir neçə yardım göndəərib.
Belə ki, 22 sentyabrda ümumi 40 ton məhsul olan 2 yük maşınında 6 min çörək, 1200 qutu ərzaq və 1200 qutu gigiyenik məhsul, 9 600 uşaq bezi,
sentyabrın 23-də 40 ton benzin, 24 ton dizel yanacağı, sentyabrın 25-də Xankəndi yaxınlığında yanacaqdoldurma məntəqəsindəki partlayışda zərər çəkən 200 nəfər üçün tibbi ləvazimatlar, sentyabrın 26-da 65 500 ədəd müxtəlif növ gigiyenik məhsullar, bir yük maşınında 500 yataq dəsti, 30 ton benzin, 50 ton dizel yanacağı, 68 ton benzin, iki yük maşınında 22,3 ton içməli su, iki yük maşınında 40 ton un yardım göndərilib.

Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib