Azad edilmiş ərazilərdən aşkarlanan minaların sayı açıqlanıb
Azad olunan ərazilərdə oktyabrın 2-dən 8-dək olan müddətdə tank əleyhinə 67, piyada əleyhinə isə 31 mina aşkarlanıb və zərərsizləşdirilib. Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyi (ANAMA) "X" sosial şəbəkəhesabında yazıb.
Bildirilir ki, 426.5 hektar ərazi minadan təmizlənib.
İkinci Qarabağ müharibəsinin başa çatdığı 2020-ci il noyabrın 10-dan indiyədək mina partlayışları nəticəsində işğaldan azad edilmiş ərazilərdə 200-ə yaxın Azərbaycan hərbçisi və mülki şəxs həlak olub və yaralanıb.
Bu ilin martın 17-də baş nazir Əli Əsədov Milli Məclisdə hökumətin hesabatında çıxışında bildirib ki, hazırda Qarabağda minaların təmizlənməsinə 4 özəl şirkət də cəlb olunub. Bundan əlavə, ANAMA ilə birgə Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti də ərazilərin təmizlənməsində iştirak edir.
Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























