Azərbaycanda ixracı artan məhsullar açıqlanıb

2023-cü ilin doqquz ayında Azərbaycanda spirtli və spirtsiz içkilərin ixracı 3,3 dəfə, elektrik enerjisi 2,7 dəfə, qara metallardan məmulatların ixracı 34,3 %, meyvə-tərəvəz ixracı isə 7,1 % artıb. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı "İxrac icmalı”nın oktyabr sayının açıqlanan ilkin rəqəmlərində göstərilib.
Cari ilin yanvar-sentyabrında Azərbaycanın ümumi ixracı 26,5 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 10,6 % artaraq 2,4 milyard ABŞ dolları təşkil edib. Bu ilin yanvar-sentyabr aylarında yeyinti məhsulları üzrə ixrac 616,3 milyon ABŞ dollarına bərabər olub.
Bu ilin sentyabrında qeyri-neft ixracı 223,89 milyon ABŞ dolları olub. Bunun da 44,9 milyon ABŞ dollarını yeyinti məhsulları üzrə ixrac, 178,9 milyon ABŞ dollarını isə qeyri-yeyinti məhsulları üzrə ixrac təşkil edib.
İqtisadiyyat Nazirliyi 2027-ci ilədək qeyri-neft ixracının həcmi 5 milyard dollara kimi artmasını proqnozlaşdırır.
2022-ci ildə Azərbaycanın qeyri-neft ixracı illik müqayisədə 12,3% artaraq 3 047,67 milyon ABŞ dollarına bərabər olub.
Statistika komitəsinin məlumatına görə, kimya sənayesi məhsullarının ixracı 11,3 faiz, spirtli və spirtsiz içkilərin ixracı 11,1, şəkər ixracı 2,5, çay ixracı isə 2,3 dəfə artıb.

Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib