Son bir həftə ərzində koronavirusa yoluxanların sayı açıqlanıb

Azərbaycanda oktyabrın 2-8 aralığında 361 nəfər koronavirusa yoluxub, 359 nəfər sağalıb, 5 nəfər isə vəfat edib. Bu barədə Operativ Qərargahın son açıqlanan statistikasnda qeyd olunub.
"İndiyədək ölkədə ümumilikdə 833 550 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 822 843 nəfər müalicə olunaraq sağalıb, hazırda 370 aktiv xəstə var. Bu günə qədər 10 337 nəfər vəfat edib. Son həftə ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 280, bu günə qədər isə ümumilikdə 7 692 353 test icra olunub. Bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 13 969 897 olub", - açıqlamada deyilir.
Azərbaycanda xüsusi karantin rejimi oktaybrın 2-dən yanvarın 2-dək uzadılıb.
Ümumdünya Səhiyyə Təşkilatı mayın 5-də COVİD-19 pandemiyasının bitdiyini elan edib.
COVID-19 pandemiyası ilə əlaqədar Azərbaycanda xüsusi karantin rejimi 2020-ci ilin martından etibarən tətbiq edilir.
Həmin ilin aprelindən isə ölkədə bir sıra qapanmalarla yanaşı, Azərbaycanın quru sərhədləri də bağlanıb. Hazırda pandemiya ilə bağlı məhdudiyyətlər aradan qaldırılsa da, sərhədlər 3 ildir ki, bağlıdır.
27 fevral 2020-ci il tarixində koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabineti yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət Operativ Qərargah yaradılıb.

Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib