• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirlik: Azərbaycanda Xocayanla beynəlxalq normalara uyğun davranılıb

Nazirlik: Azərbaycanda Xocayanla beynəlxalq normalara uyğun davranılıb
05.03.2014 14:11
“Azərbaycanda saxlanıldığı müddətdə erməni əsir Mamikon Tiqranoviç Xocayana qarşı beynəlxalq normalara uyğun davranılıb”. Bunu APA-ya açıqlamasında Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Vaqif Dərgahlı bildirib. V. Dərgahlı deyib ki, erməni diversiya qrupunun bələdçisi olan M.Xocayan əsir düşərkən yaralı olub. Yerində tibbi yardım göstərildikdən sonra o, Bakıya gətirilib, Azərbaycan Silahlı Qüvvələrinin Baş Kliniki Hospitalında müayinə olunub, qolundan güllə çıxarılıb, həkimlər tərəfindən ona zəruri olan bütün yardımlar göstərilib. “Əsir Mamikon Xocayana qarşı beynəlxalq normalara uyğun davranılıb. Əsirlik müddətində Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri ilə görüşdə belə o, heç bir şikayət etməyib. Eləcə də komitə tərəfindən ona qarşı işgəncə faktı qeydə alınmayıb. Ermənistan Müdafiə Nazirliyinin bu iddiaları onların növbəti cəfəngiyatıdır və heç bir əsası yoxdur”, - deyə V. Dərgahlı vurğulayıb. Nazirlik rəsmisinin sözlərinə görə, Azərbaycan tərəfi Ermənistandan fərqli olaraq, həmişə əsirlərə qarşı insani mövqedə dayanır. Belə ki, hazırda Azərbaycanda saxlanılan erməni əsir ailə nə öz ölkəsinə, nə də üçüncü ölkəyə getmək istəmir. Qeyd edək ki, Ermənistan vətəndaşı Xocayan Mamikon Tiqranoviç yanvar ayının 28-də Tovuz rayonunun Əlibəyli kəndi ərazisində saxlanılıb. O, martın 4-də Qazax rayonunun Bala Cəfərli kəndi istiqamətində, qoşunların təmas xəttində qarşı tərəfə qaytarılıb. Azərbaycan Müdafiə Nazirliyi Xocayanın silahlı və əraziyə keçən erməni diversiya qrupunun bələdçisi olduğunu açıqlayıb. Ermənistan Müdafiə Nazirliyi isə əsirlikdən qayıdan M. Xocayanın bədənində müayinə zamanı çox sayda zədə və sınıqların olduğu və əsirlik dövründə Azərbaycanda travmalar aldığı barədə məlumat yayıb. ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol