HƏMAS qondarma Qarabağ Respublikasının rəhbərlərini İsrail generalı kimi qələmə verib

Bir neçə HƏMAS tərəfdarı Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs edilərək Bakıya gətirilən Qarabağ separatçılarının liderlərini "HƏMAS yaraqlıları tərəfindən əsir götürülmüş israil generallar” adlandırıb. Bu barədə Hindistanın "Boomlive.in” fakt-yoxlama saytı məlumat yayıb.
X sosial şəbəkəsində (Twitter) "Hərim Şah” və "Ab Xan” adlı istifadəçilər Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs edilmiş keçmiş "DQR” prezidentləri Bako Saakyan və Arkadi Qukasyanın, həmçinin separatçıların "parlament rəhbəri" David İşxanyanın fotolarını paylaşaraq bunların yüksək rütbəli İsrail generalları olduğunu və onları əsir götürdüklərini qeyd ediblər.
Bu yazılar X sosial şəbəkəsində (keçmiş Twitter) sürətlə yayılıb.

Boomlive.in saytı bu fotoları internetdə araşdırıb və müəyyən edib ki, onlar əslində Qarabağ separatçılarının liderlərinin həbsini əks etdirən videodan götürülüb.
Oktyabrın 7-də İsrailə qəfil hücum zamanı HƏMAS silahlıları çoxlu sayda mülki vətəndaşı və əsgəri girov götürüb. Onların arasında yüksək rütbəli zabitlər də var.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























