Növbəti 22 ailə Füzuliyə köçürülüb

Oktyabrın 11-də Füzuliyə 22 ailə olmaqla 59 nəfər geri qaytarılıb. Bu barədə Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilir ki, növbəti köç karvanı Bakının Qaradağ rayonundakı "Qobu park 3” yaşayış kompleksindən yola salınıb.
Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar.
Bununla da Füzuli şəhərində 187 ailə, yəni 661 nəfərin daimi məskunlaşması təmin edilib.
Füzuli sakinlərinin qayıdışı bu ilin avqustun 18-də başlanılıb.

Prezident oktyabrın 10-da Şuşada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına ünvanladığı müraciətdə bildirib ki, yaxın üç ildə Qarabağa Qayıdış proqramı çərçivəsində 100 min əhalinin azad olunmuş ərazilərə köçürülməsi nəzərdə tutulub.
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilən Füzuli 2020-ci ilin oktyabrında işğaldan azad olunub.
Füzuli Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və Araz çayı boyunca İranla həmsərhəddir.
Gülnar Nazimqızı

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib