• $
  • €
  • ₽
  • ₺
  • £

Mübariz Mənsimov bu şəhidlərin yaxınlarına dəstək olacaq

Mübariz Mənsimov bu şəhidlərin yaxınlarına dəstək olacaq
11.10.2023 10:59
"Palmali Holdinq" şirkətinin rəhbəri Mübariz Mənsimovun sədrlik etdiyi Təhsil və Yardımlaşma Fondu yanvarın 27-də Azərbaycanın tehrandakı səfirliyinə hücumu nəticəsində şəhid olan Orxan Əsgərovun qızına, şəhid Cəbrayıl Dövlət Cəbrayılzadənin bacısına və Adil İbrahimlinin həyat yoldaşına təqaüd ayırıb. Bu barədə şirkətin sözçüsü Fidan Quliyeva bildirib. 
 
Adil İbrahimli noyabrın 7-də Şuşa istiqamətində gedən döyüşlərdə, Cəbrayıl Dövlətzadə isə sentyabrın 28-də Kəlbəcər istiqamətindəki döyüşlərdə şəhid olub. 
 
Bundan əvvəl Mübariz Mənsimovun rəhbərlik etdiyi "Palmali Holdinq"ə məxsus şirkət gəmilərinə Adil İbrahimlinin və Cəbrayıl Dövlətzadənin adını verib.
 
Mənsimovun sədrlik etdiyi Təhsil və Yardımlaşma Fondu 150 tələbəyə təqaüd ayırdığını açıqlayıb. Təqaüd ayrılan tələbələrlə yaxın zamanda görüş olacağı gözlənilir. 
 
2022-ci ilin əvvəlində "Palmali” şirkətlər qrupunun prezidenti, azərbaycanlı iş adamı Mübariz Mənsimov bəyan etmişdi ki, "Palmali” donanmasına daxil olan bütün gəmilərə şəhidlərin adları veriləcək. Bu təşəbbüsün həyata keçirilməsi nəticəsində 2022-ci ildə "Palmali” donanması dəniz sularına 9 (doqquz) yeni gəmi yola salıb ki, bunların hamısı Vətən müharibəsi şəhidlərinin adlarını daşıyır: Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimov, şəhidlər Adil İbrahimli, Mətin Hüseynov, Pəncəli Teymurov, Xudayar Yusifzadə, İman və Bəhram Məmmədzadələr qardaşları, Malik Əliyev, Əli Nəcəfov, Cəbrayıl Dövlətzadə.

 2023-cü ildə də "Palmali” donanmasına daxil olacaq yeni gəmilərə şəhidlərin adları veriləcək. Bunlar "Sabuhi Ahmadov”, Elvin Safarov”, "Vusal Maharramov”, "Babak Mahmudlu”, "Mukhtar Gasımlı”, "Royad Mammadov”, "Karabakh Heroes”, yəni "Qarabağ qəhrəmanları” gəmiləri olacaq.
 
Gülnar Nazimqızı 
 

 


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol