• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistanın Gəncəyə 4-cü raket atmasından üç il keçir - FOTOLAR

Ermənistanın Gəncəyə 4-cü raket atmasından üç il keçir - FOTOLAR
11.10.2023 10:37
Oktyabrın 11-də İkinci Qarabağ müharibəsində Ermənistanın Gəncəyə 4-cü raket atmasından 3 il keçir. Raket zərbəsi nəticəsində 26 nəfər şəhid olub, 175 nəfər yaralanıb. 
  
Həmin günün şahidlərindən olan Kifayət Abbasova bildirir ki, neçə il keçsə də, hələ də, o səslər qulağındadır.

"Arada gəlib evimə baxıram. Həmin gün ömürlük yaddaşımıza yazılıb. Çox şükür ki, o cür hadisənin içindən sağ çıxa bildik. ",- o əlavə edib.

Həmin gecə dağıntılar altından sağ çıxan İbrahim Məmmədov yaşamağını möcüzə adlandırır.  

"Həmin gün nəvələrimlə birgə evdə olmuşam. Müxtəlif xəsarətlər alsam da, həkimlər nəvələrimin və mənim həyatımı xilas etdilər. İndi hər il nəvələrimlə bərabər dağılan evimizə ziyarətə gəlirik. Göz yaşlarımı saxlaya bilmirəm",- Gəncə sakini vurğulayıb.

İkinci Qarabağ Müharibəsi zamanı Gəncəyə 5 dəfə raket atılıb. (4, 5, 8, 11, 17 oktyabrda) Nəticədə  şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

İkinci Qarabağ müharibəsində ümumilikdə Ermənistanın hərbi təcavüzü nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb, ümumilikdə 12 292 yaşayış və qeyri yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib, 1 018 fermer təsərrüfatı üzrə zərər faktı aşkar edilib.

Aytac Zeynalova



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol