Hava pisləşəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti həftə sonu Azərbaycan ərazisində gözlənilən hava şəraiti haqqında məlumat yayıb.Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumatda bildirilir ki, martın 6-dan 7-nə keçən gecədən başlayaraq martın 9-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Martın 7-si gündüzdən 8-i axşamadək şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Martın 8-də havanın temperaturu ötən günlərlə müqayisədə 5-7 dərəcə aşağı enəcək. Sabahın hava proqnozuna gəlincə, martın 6-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 5-7, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında martın 6-da hava şəraitinin əsasən yağmursuz, lakin gecə və səhər saatlarında bəzi yerlərdə duman, çiskin, gecəyə doğru bəzi şimal rayonlarından başlayaraq gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-8, gündüz 14-19 dərəcə, bəzi yerlərdə 22 dərəcəyədək isti, dağlarda gecə 3-8 isti, gündüz 9-14 dərəcə, bəzi yerlərdə 17 dərəcəyədək isti olacaq.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























