Növbəti 62 nəfər Füzuliyə köçürülüb

Füzuliyə bu gün daha 22 ailə - 62 nəfər köçürülüb. Bu barədə Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilir ki, növbəti köç karvanı Bakının Qaradağ rayonundakı "Qobu park 3” yaşayış kompleksindən yola salınıb.
Bununla da Füzuli şəhərində 230 ailə, yəni 811 nəfərin daimi məskunlaşması təmin edilib
Füzuli sakinlərinin qayıdışı bu ilin avqustun 18-də başlanılıb.
Prezident oktyabrın 10-da Şuşada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına ünvanladığı müraciətdə bildirib ki, yaxın üç ildə Qarabağa Qayıdış proqramı çərçivəsində 100 min əhalinin azad olunmuş ərazilərə köçürülməsi nəzərdə tutulub.
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilən Füzuli 2020-ci ilin oktyabrında işğaldan azad olunub.
Füzuli Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və Araz çayı boyunca İranla həmsərhəddir

Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib