Son iyirmi ildə minimum əməkhaqqı 38 dəfə artıb - Sahil Babayev

Son 20 il ərzində Azərbaycanda minimum əməkhaqqı 38 dəfə artırılaraq 345 manata çatdırılıb. Bunu Əmək və Əhalinin Sosial Müdafiə naziri Sahil Babayev deyib.
O bildirib ki, bu dövr ərzində orta əməkhaqqı 12 dəfədən çox artaraq 925,3 manata çatıb.
"Minimum pensiya 14 dəfə artırılaraq
280 manata, orta aylıq pensiya 18 dəfə artaraq 435 manata, yaşa görə orta aylıq
pensiya 19 dəfə artaraq 466 manata, əlilliyə görə orta aylıq pensiya 14 dəfə
artaraq 366 manata, ailə başçısını itirməyə görə orta aylıq pensiya isə 19 dəfə
artaraq 408 manata çatıb", - nazir oktyabrın 13-də Milli Məclisin "Heydər Əliyev -100: Müasir Azərbaycan - sosial rifah və sosial ədalət dövləti” mövzusunda keçirilən elmi-praktik konfransda çıxışı zamanı deyib.
Nazir vurğulayıb ki, bu dövr ərzində sosial müdafiə və sosial təminat xərcləri 20 dəfədən çox artıb.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























