AXCP üzvü həbs olunub

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Ramin Əhmədov oktyabrın 12-də həbs olunub. Bu barədə Partiya sədri Əli Kərimli sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, ona İnzibati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni tələbinə tabe olmama) ittihamıyla 30 sutka inzibati həbs cəzası verilib.
AXCP-dən bildirilib ki, Ramin Əhmədov səhər saatlarında evdən çıxarkən saxlanılaraq polis bölməsinə gətirilib.
"O özü zəng vuraraq bölmədə olduğunu deyib. Axşam saatlarında Ramin bəyi Binəqədi Rayon Məhkəməsinə aparıblar və 30 sutka müddətinə həbs ediblər",- partiyadan bildirilib.
Oktyabrın 6-da Suraxanı Rayon Məhkəməsinin qərarıyla AXCP üzvü, eyni zamanda, partiya sədrinin ictimai əsaslarla mühafizəçisi olan Kənan Zeynalova 25 sutka həbs cəzası verilmişdi. 1966-cı il təvəllüdlü Kənan Zeynalov da polisə müqavimətdə ittiham olunurdu.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























