Dünyada baş verən təbii fəlakətlərin sayı 5 dəfə artıb - BMT

Son 50 ildə dünya miqyasında hava və iqlimlə bağlı fəlakətlərin sayı 5 dəfə artıb. Bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) hava, iqlim və su məsələləri üzrə səlahiyyətli orqanı olan Ümumdünya Meteorologiya Təşkilatı açıqladığı hesabatında qeyd edib.
Azərbaycan Respublikası Ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyevanın məlumatına əsasən, 2023-cü ilin aprelindən iyunun 30-dək 81 sel-daşqın hadisəsi qeydə alınıb. Təkcə iyulun 1-də 3 sel hadisəsi müşahidə olunub.
"Rüzgar” Ekoloji Cəmiyyətinin sədri İslam Mustafayev qeyd edir ki, sənayələşmə dövrü başlayandan indiyə qədər orta illik qlobal temperaturun 0.8 dərəcədən 1.2 dərəcəyə qədər artması iqlimin kəskin sürətdə dəyişməsinə səbəb olub.
Mustafayev deyir ki, sel hansı ərazini basırsa, oranı yuyur, bitkiləri kökündən çıxarır, əkin sahələri varsa, ona zərər verir.
Onun sözlərinə görə, daşqınlar zamanı insanlar öz yerlərindən qaçqın da düşə bilirlər.
"2010-cu ildə baş verən daşqınlar təxminən 50 min hektar sahəni basdı, 70 minə yaxın əhali ilk dövrlərdə öz yerlərindən qaçqın düşdülər. Belə adamlara ekoloji qaçqınlar deyirlər. Məhsul itkisi, taxıl, pambıq və başqa bitkilərin itkiləri oldu. Bu daşqınlar zamanı çox bitki suyun altında qaldığı üçün qurudu, hətta Saatlı rayonunda nar ağacları da qurudu” , - sədr qeyd edib.
İqtisadçı Akif Nəsirli bildirir ki, hazırda Azərbaycanda baş verən təbii fəlakətlər əsasən kənd təsərrüfatına zərər vurur.
"Azərbaycanda hazırda baş verən təbii fəlakətlər əsasən kənd təsərrüfatına zərər verir. Biz keçən il və cari il bu hadisələri müşahidə etdik”, - o söyləyib.
Nəsirli vurğulayır ki, Azərbaycanda bir sıra regionlarda sürüşmələr olur, bu zaman əhalinin yaşayış məskənləri, evləri zərər görür, hətta insan tələfatı da baş verə bilir.
Onun sözlərinə görə, cari ildə baş verən sel hadisəsi nəticəsində kənd təsərrüfatı məhsulları məhv olub.
"Bu il daha çox güclü yağışlar nəticəsində sel hadisəsini müşahidə etdik. Bu sellər kənd təsərüfatı məhsullarını məhv etdi. Azərbaycanda sğorta mədəniyyəti tam oturuşmadığı üçün fəlakətlərdən zərər çəkənlərin istər əmlakı, istər məhsulu sığortalanmadığı üçün itkiləri açıq qalıb”, - iqtisadçı əlavə edib.
Biosfer İctimai Birliyinin sədri, ekoloq Qorxmaz İbrahimli bildirir ki, sel daşqınları daha çox yayda yağan leysan yağışlardan sonra baş verir.
"Sel daşqınlarını biz ən çox yay aylarında leysan xarakterli yağışlardan sonra daha çox müşahidə edirik. Cari ildə Azərbaycanda olan daşqınlardan ən çox Göygöl rayonu və insanları zərər görüb. Bəzən insanlar bir ərazidə 20 il sel olmayanda elə bilir ki, orada yağış yağmır və orada ev tikirlər, yaşayış qururlar, şiddətli yağışlar yağanda baş vermiş sel daşqınlarından əziyyət çəkirlər. Belə rayonlara Azərbaycanda Xanlar rayonu, Türkiyədə İstanbulun Başak şəhərini misal göstərə bilərik. Bu cür ərazilərdə məskən salmaq doğru deyil”, - ekoloq əlavə edib.

www.anews.az
"1970-2019-cu illər arasında hava, iqlim və su ilə bağlı 11 mindən çox təbii fəlakət qeydə alınıb. Bu fəlakətlərdə 2 milyondan çox insan həyatını itirib. Qeydə alınan bu fəlakətlərin vurduğu zərərin təxminən 3 trilyon 600 milyard dollar olduğu təxmin edilir”, - hesabatda bildirilib.
"Rüzgar” Ekoloji Cəmiyyətinin sədri İslam Mustafayev qeyd edir ki, sənayələşmə dövrü başlayandan indiyə qədər orta illik qlobal temperaturun 0.8 dərəcədən 1.2 dərəcəyə qədər artması iqlimin kəskin sürətdə dəyişməsinə səbəb olub.
"Temperaturun bu qədər artması ilk baxışdan az görünsə də, iqlimin kəskin surətdə dəyişməsinə səbəb olub. Qar örtüyünün azalması, quraqlığın olması, uzun müddətli kəsilməz yağışların baş verməsi, qrafik yağışlar, səhralaşma, biomüxtəlifliyin deqradasiyası və s. bu kimi məsələlər iqlim dəyişkənliyinin nəticəsidir. Bu iqlim dəyişkənliyi son da ən çox təsir etdiyi fraqment, təbii kompanent sulardır. Sular da çox qarlı qış keçdikdə həddən artıq istiləməşə başlayanda qarın əriməsi ilə iki hadisə baş verir.
İlk olaraq çaylarda daşqın olur, yəni çaylar öz məcrasından çıxaraq ətrafı basır. Necə ki, 2010-cu ildə Kürün, Arazın aşağı axınında, İmişli, Sabirabad, Salyan, Saatlı, Neftçala rayonlarında baş vermişdi.
Digər isə seldir. Sel adətən güclü yağışlar dağ yerlərində, yamaclarında az müddətli güclü su axınları çayları öz məcrasından çıxarır. Nəticədə qarşısına çıxan hər şeyi – ağacları, evləri, əşyaları yuyub aparır. Belə yerlərə Kiş kəndini, Lerik, Yardımlı rayonlarını misal göstərmək olar. Bunların hər biri iqlim dəyişliyinin nəticəsidir”, - o əlavə edib.
Onun sözlərinə görə, daşqınlar zamanı insanlar öz yerlərindən qaçqın da düşə bilirlər.
"2010-cu ildə baş verən daşqınlar təxminən 50 min hektar sahəni basdı, 70 minə yaxın əhali ilk dövrlərdə öz yerlərindən qaçqın düşdülər. Belə adamlara ekoloji qaçqınlar deyirlər. Məhsul itkisi, taxıl, pambıq və başqa bitkilərin itkiləri oldu. Bu daşqınlar zamanı çox bitki suyun altında qaldığı üçün qurudu, hətta Saatlı rayonunda nar ağacları da qurudu” , - sədr qeyd edib.
İqtisadçı Akif Nəsirli bildirir ki, hazırda Azərbaycanda baş verən təbii fəlakətlər əsasən kənd təsərrüfatına zərər vurur.
"Azərbaycanda hazırda baş verən təbii fəlakətlər əsasən kənd təsərrüfatına zərər verir. Biz keçən il və cari il bu hadisələri müşahidə etdik”, - o söyləyib.
Nəsirli vurğulayır ki, Azərbaycanda bir sıra regionlarda sürüşmələr olur, bu zaman əhalinin yaşayış məskənləri, evləri zərər görür, hətta insan tələfatı da baş verə bilir.
Onun sözlərinə görə, cari ildə baş verən sel hadisəsi nəticəsində kənd təsərrüfatı məhsulları məhv olub.
"Bu il daha çox güclü yağışlar nəticəsində sel hadisəsini müşahidə etdik. Bu sellər kənd təsərüfatı məhsullarını məhv etdi. Azərbaycanda sğorta mədəniyyəti tam oturuşmadığı üçün fəlakətlərdən zərər çəkənlərin istər əmlakı, istər məhsulu sığortalanmadığı üçün itkiləri açıq qalıb”, - iqtisadçı əlavə edib.
Biosfer İctimai Birliyinin sədri, ekoloq Qorxmaz İbrahimli bildirir ki, sel daşqınları daha çox yayda yağan leysan yağışlardan sonra baş verir.
"Sel daşqınlarını biz ən çox yay aylarında leysan xarakterli yağışlardan sonra daha çox müşahidə edirik. Cari ildə Azərbaycanda olan daşqınlardan ən çox Göygöl rayonu və insanları zərər görüb. Bəzən insanlar bir ərazidə 20 il sel olmayanda elə bilir ki, orada yağış yağmır və orada ev tikirlər, yaşayış qururlar, şiddətli yağışlar yağanda baş vermiş sel daşqınlarından əziyyət çəkirlər. Belə rayonlara Azərbaycanda Xanlar rayonu, Türkiyədə İstanbulun Başak şəhərini misal göstərə bilərik. Bu cür ərazilərdə məskən salmaq doğru deyil”, - ekoloq əlavə edib.

İstiqamət: 6.3.17. ekologiya və ətraf mühitin mühafizəsi;
Qeyd: Yazı Medianın İnkişafının Agentliyinin maliyyə dəstəyi çərçivəsində hazırlanıb.
Aygün Mirakif
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























