XİN - Mina qurbanlarının sayı 333 nəfərə çatıb

İkinci Qarabağ Müharibəsindən sonra minaya düşənlərin sayı 333 nəfərə çatıb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" platformasında məlumat yerləşdirilib.
Oktyabrın 13-də Füzuli istiqamətində bir sürücü mina qurbanı olub, bir nəfər isə yaralanıb.
Oktyabrın 1-də Milli Məclisdə keçirilən Beynəlxalq Astronavtika Federasiyasının (IAF) Nazirlər və parlament üzvləri üçün (MMOP) 13-cü beynəlxalq toplantısında millət vəkili Vüqar Bayramov təklif edib ki, Qarabağda minaların təmizlənməsində kosmos texnologiyaların istifadə olunsun.
Qarabağ və Şərqi Zəngəzur ərazisinin böyük hissəsi bu torpaqların işğalı zamanı erməni hərbçiləri tərəfindən minalanıb. Rəsmi Bakının apardığı bir sıra tədbirlər nəticəsində Ermənistandan bir sıra rayonların minalanmış sahələrinin xəritələri alınıb. Lakin onların dəqiqliyi cəmi 25% təşkil edib.
Bu ilin martın 17-də baş nazir Əli Əsədov Milli Məclisdə hökumətin hesabatında çıxışında bildirib ki, hazırda Qarabağda minaların təmizlənməsinə 4 özəl şirkət də cəlb olunub. Bundan əlavə, ANAMA ilə birgə Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti də ərazilərin təmizlənməsində iştirak edir.
Gülnar Nazimqızı

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib