• $
  • €
  • ₽
  • ₺
  • £

Məktəblərdə “Rəqəmli bacarıqların inkişaf etdirilməsi” layihəsi təqdim olunub

Məktəblərdə “Rəqəmli bacarıqların inkişaf etdirilməsi” layihəsi təqdim olunub
13.10.2023 18:06
Regional İnkişaf İctimai Birliyi (RİİB) tərəfindən icra edilən "Rəqəmli bacarıqların inkişaf etdirilməsi” layihəsi çərçivəsində oktyabrın 13-də Bakıda yerləşən 202 və 56 nömrəli tam orta məktəblərdə təqdimat tədbirləri keçirilib.

Birlikdən verilən məlumata görə, təqdimatlarda bildirilib ki, son dövrdə təhsil sahəsində innovativ texnologiyaların geniş tətbiqinə, tədrisdə virtual reallığa keçid prosesinə töhfə vermək məqsədilə icra edilən layihənin əsas tərkib hissəsi olaraq yeniyetmə və gənclərin rəqəmsal bilik və bacarıqlarının artırılmasına yönəlmiş 40 animasiyalı videoçarx hazırlanıb. Xarici tədris resursları əsasında ana dilində hazırlanan videoçarxlar kibertəhlükəsizlik, proqramlaşdırma, biznes texnologiyaları, əməliyyat sistemləri, hesablama platformaları, fayl formatlarının növləri, süni intellekt, rəqəmsal marketinq və bu kimi digər faydalı mövzuları əhatə edir. "#reqemliol” portalının "Rəqəmli Bacarıqlar” bölməsində yerləşdirilən videoçarxlar onlayn tədris resurslarına əlçatanlığın təmin edilməsi, daha çox gəncin bu sahədə maarifləndirilməsi və müasir texnologiyalar haqqında yeni biliklərə yiyələnməsi baxımından əhəmiyyət daşıyır. Videoçarxlar portalla eyniadlı "YouTube” kanalı və sosial şəbəkə hesablarında da ictimaiyyətin istifadəsinə təqdim edilib. Görüş zamanı şagirdlər, həmçinin "#reqemliol” portalının məqsədi, istifadəçilərə yaradılan imkanlar, insanların onlayn təhsilə, alış-verişə və xidmətlərə olan ehtiyaclarının ödənilməsi baxımından funksionallığı haqqında da məlumatlandırılıblar. Qeyd edək ki, "Rəqəmli bacarıqların inkişaf etdirilməsi” layihəsi Elm və Təhsil Nazirliyinin elan etdiyi "2022/2023-cü illərdə təhsilin inkişafı üzrə ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi çərçivəsində həyata keçirilir.

Görüş zamanı şagirdlər həmçinin "#reqemliol” portalının məqsədi, istifadəçilərə yaradılan imkanlar, insanların onlayn təhsilə, alış-verişə və xidmətlərə olan ehtiyaclarının ödənilməsi baxımından funksionallığı haqqında da məlumatlandırılıblar.

"Rəqəmli bacarıqların inkişaf etdirilməsi” layihəsi Elm və Təhsil Nazirliyinin elan etdiyi "2022/2023-cü illərdə təhsilin inkişafı üzrə ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi çərçivəsində həyata keçirilir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol